/ / Hikmət Babaoğlu: Cəmiyyətin böyük hissəsi karantin rejiminə riayət edir və qanunun aliliyini yüksək qiymətləndirir
Hikmət Babaoğlu: Cəmiyyətin böyük hissəsi karantin rejiminə riayət edir və qanunun aliliyini yüksək qiymətləndirir
03.09.2020 [09:23]
Koronavirus cəmiyyətimizdə ekstremal, fövqəladə vəziyyət yaradıb. Bu vəziyyətdən çıxış yolu bütün fərdlərin bərabər, sinxron hərəkət etmələri və Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara dəqiq riayət etmələri ilə mümkündür.
Azərbaycan cəmiyyəti kifayət qədər savadlı və intellektualdır. Bəzi istisnalar olmaqla, cəmiyyətin böyük hissəsi karantin rejiminin tələblərinə riayət edir və qanunun aliliyini, ədaləti təmin edən dövlət orqanlarının fəaliyyətini yüksək qiymətləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.
H.Babaoğlunun sözlərinə görə, təqribən yeddi aylıq prosesdə bir daha əmin olduq ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, sosial statusundan, ictimai mövqeyindən, titullarından asılı olmayaraq, hər bir vətəndaşın qanun qarşısında bərabərliyi təmin edilir. Bu, çox mühüm amildir. Cəmiyyətin üzvləri qanunun hamıya bərabər şəkildə şamil olunduğunu görür və bunu ədalətli hesab edirlər. Ona görə də hazırda koronavirusa qarşı mübarizədə qazandığımız nailiyyətlər məhz bu prinsiplərlə bağlıdır - qanunun aliliyinin, hamının bərabərliyinin ədalətli şəkildə təmin olunması və karantin rejimin tələblərinə riayət edilməsi.
Deputat diqqətə çatdırıb ki, hər bir fərd qanunu da, baş verən hadisələri də öz idraki keyfiyyətlərinə uyğun olaraq mənimsəyir. Əgər dediyim intellektual səviyyə yüksək olmasaydı, şübhəsiz ki, biz burada istisnaların daha çox nəzərə çarpmasının şahidi ola bilərdik. “Düşünürəm ki, bu gün pandemiyaya qarşı mübarizədə qazandığımız uğurlar bu məsələlərlə sıx bağlıdır. İkinci mühüm məsələ isə hökumətin gördüyü operativ və səmərəli tədbirlərlə bağlıdır ki, burada da tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunmasını nümunə göstərmək olar. Bu sıraya ayrı-ayrı ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların virusla birbaşa mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərimizlə təcrübə mübadiləsi aparmaları da aiddir.
Bütün bunlar nəticə etibarilə bizim bugünkü ümumi uğurumuzu təmin edib. Amma yenə də bu proseslərdə önə çıxan məqam şübhəsiz ki, qanunun tələblərinin hamıya bərabər şəkildə tətbiq olunmasıdır. Bu da uğurlarımızın ən mühüm səbəblərindən biridir” - deyə, Hikmət Babaoğlu bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

