Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın “VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib

ABŞ-ın “VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib

31.10.2020 [08:43]

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.

Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırma zamanı “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin qalıqlarını aşkar ediblər.

Qeyd edilib ki, Azərbaycan rəsmilərinin məlumatına əsasən, evlərin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30