/ / Ramin Məmmədov: Azərbaycan dövləti və xalqı ölkəmizin ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır
Ramin Məmmədov: Azərbaycan dövləti və xalqı ölkəmizin ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır
05.11.2020 [08:41]
Moldova mətbuatında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədovun müsahibəsi dərc olunub. “Timpul.md” xəbər portalında yayılan müsahibədə deputat Moldovada keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər etmiş Azərbaycandan olan nümayəndə heyətinin təəssüratları haqqında fikrilərini bildirib. Deputat qeyd edib ki, Moldovada ən xoş təsir bağışlayan seçicilərin yüksək fəallığı olub: “Seçki prosesini qiymətləndirmək üçün bir neçə mühüm meyar var ki, biz Moldovada səsvermənin bu meyarların hər birinə cavab verdiyinin şahidi olduq. Təşviqat kampaniyasında namizədlərə yaradılan bərabər şərait, dövlət strukturlarının operativ, şəffaf və dəqiq fəaliyyət mexanizmi, vətəndaşların fəallığı, səsvermə prosesinin olduqca şəffaf keçməsi - bütün bunlar ümumi mənzərə haqqında yalnız müsbət fikir söyləməyə əsas verir”.
Azərbaycan-Moldova münasibətləri haqqında danışan Ramin Məmmədov Moldovanın Azərbaycan üçün çox önəmli tərəfdaş ölkələrdən biri olduğunu diqqətə çatdırıb. İki ölkənin xalqlarını bir-birinə səmimi dostluq tellərinin bağladığını vurğulayıb.
Milli Məclisin deputatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, nəticədə bir milyon azərbaycanlı məcburi köçkünə çevrilib. Azərbaycan xalqına qarşı 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı kimi dəhşətli cinayət törədilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərin heç biri yerinə yetirilməyib. Azərbaycan məsələnin dinc yolla həlli üçün bütün imkanlara əl atdı. Lakin bu, Ermənistanda Azərbaycanın öz torpaqlarını azad etmək üçün başqa varianta əl ata bilməyəcəyi kimi yanlış təsəvvür formalaşdırdı. Azərbaycanı çəkindirmək, öz ərazilərindən imtina etməyə vadar etmək üçün Ermənistan yeni hərbi təxribatlar törətdi. Nəticədə, Azərbaycan Ordusu cavab verməyə məcbur oldu.
Deputat bildirib ki, əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın mühüm bir hissəsini işğaldan azad edib. Buna baxmayaraq, Azərbaycan yenə də məsələnin sülh yolu ilə həllinə tərəfdardır. Təəssüf ki, Ermənistan ötən müddətdə humanitar atəşkəs haqqında əldə olunan 3 razılaşmanı hər dəfə pozaraq, işğaldan azad etdiyimiz əraziləri geri qaytarmağa cəhd göstərdi. Ermənistan dinc sakinlərin yaşadığı, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini atəşə tutmaqla bizi qorxutmağa çalışır. Sentyabrın 27-dən indiyədək 90-dan çox dinc sakinimiz həlak olub, yüzlərlə dinc sakin yaralanıb.
Ramin Məmmədov Azərbaycan dövləti və xalqının ölkəmizin ərazi bütövlüyünü təmin etməkdə qərarlı olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

