Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “CGTN” kanalının internet səhifəsində erməni vandalizmindən bəhs edən məqalə yerləşdirilib

“CGTN” kanalının internet səhifəsində erməni vandalizmindən bəhs edən məqalə yerləşdirilib

17.11.2020 [09:28]

“CGTN” (Çin Qlobal Televiziya Şəbəkəsi) kanalının internet səhifəsində ermənilərin vandalizm aktlarından bəhs edən məqalə yerləşdirilib. Yazıda erməni barbarizmi ilə bağlı bir sıra faktlar, xüsusilə ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər əks olunub.
Bildirilir ki, Kəlbəcər rayonunda sonradan məskunlaşmış ermənilər yaşadıqları evləri yandırıb, dam örtüyü də daxil olmaqla digər tikinti materiallarını söküb aparıblar. Vurğulanır ki, Kəlbəcər Azərbaycanın hüquqi ərazisidir və 1994-cü ildə başa çatan müharibə nəticəsində ermənilərin nəzarətinə keçib. Azərbaycanın uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərini azad etdiyi söylənilir. Diqqətə çatdırılır ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri atəşkəs barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Ermənistanın işğalı altında olan ərazilər Azərbaycana qaytarılacaq.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30