Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə köçürlər
17.11.2020 [10:00]
Atəşə məruz qalmadan, rahatlıqla əşyalarını götürən ermənilərdən fərqli olaraq 1993-cü ildə azərbaycanlılar öz evlərindən zorakılıqla qovuldular
Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli və səmərəli siyasət, müzəffər ordumuzun əzmi istər hərb meydanında, istərsə də siyasi müstəvidə Azərbaycanın böyük qələbəsini təmin etdi. Məhz ordumuzun bu zəfər yürüşü işğalçı ölkənin təslimçi bəyanata imza atmasını şərtləndirdi. Xatırladaq ki, Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycanın nəzarətinə verilməlidir. Məlum olduğu kimi, erməni tərəfinin müraciətinə əsasən Azərbaycan dövləti növbəti dəfə humanizm nümayiş etdirərək bu müddəti noyabrın 25-dək uzadıb.
Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etməklə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını həyata keçirib. Belə ki, Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Adıçəkilən qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi. Məhz Azərbaycan Milli Ordusu 44 gün ərzində Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə bağlı beynəlxalq sənədlərin icrasını təmin etdi.
İşğalçı qoşunlarla bərabər Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılmış ermənilər də yaşadıqları əraziləri tərk edirlər
Vurğulanmalıdır ki, bu gün Kəlbəcəri tərk edənlər rayonun işğalçı qüvvələr tərəfindən zəbt olunmasından sonra orada qeyri-qanuni məskunlaşan ermənilərdir. BMT-nin və ATƏT-in müvafiq prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Bununla bağlı Azərbaycan beynəlxalq təşkilatlara müraciətlər etsə də, işğalçı dövlət beynəlxalq hüququn prinsiplərini pozmaqda davam edib. Artıq ədalət öz yerini tapdı və işğalçı qoşunlarla bərabər Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılmış ermənilər də yaşadıqları əraziləri tərk edirlər.
Erməni barbarlığı yenə də özünü göstərməkdədir - 27 il əvvəl Kəlbəcərdən qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər
Xüsusi qeyd edilməlidir ki, bu gün qeyri-qanuni yaşadıqları Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə köçürlər. Belə ki, onlar atəşə məruz qalmadan, rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü və unitazlarına qədər çıxarıb aparırlar. Hələ üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər. Bir sözlə, erməni barbarlığı yenə də özünü göstərməkdədir - 27 il əvvəl Kəlbəcərdən qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, bu gün Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq qabaqcadan razılaşdırılmış müddət ayırır. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi öz doğma yurdundan zorakılıqla qovuldu, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas oldular. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, meyitləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü. Azərbaycan əhalisi öz evlərindən heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olundu. Bu gün baş verənlər, ölkəmizin nümayiş etdirdiyi humanizm Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün də mühüm bir amildir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

