Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: Azərbaycan NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini istəyir

Ziyafət Əsgərov: Azərbaycan NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini istəyir

17.04.2010 [15:23]

“Azərbaycan NATO Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bildirməsini, qərar qəbul etməsini istəyir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib. O, digər beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı öz rəyini açıqladığını, NATO-nun da öz münasibətini bildirməsinin vacibliyini vurğulayıb: “Biz bu məsələni yenə qaldıracağıq. NATO-nun komitələrində bununla bağlı qərarlar olub. Amma biz Parlament Assambleyası səviyyəsində belə bir addımın atılmasını istəyirik. Hətta bir dəfə Assambleyanın prezidenti mənə belə dedi: “Bir şeyi başa düşün ki, NATO Parlament Assambleyası təkcə Qarabağ məsələsi ilə məşğul olmur, onun başqa problemləri də var”. Mən də bildirdim ki, heç kimin 20 faiz ərazisi qonşu tərəfdən işğal edilməyib. Həmişə də deyirlər ki, bu problemlə ATƏT-in Minsk qrupu məşğul olur. Amma Minsk qrupunun fəaliyyəti nəticə vermir”.


Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30