/ / Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur
Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur
20.05.2021 [09:37]
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyanın ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Vətən müharibəsindən dərhal sonra ölkəmizə səfərini xatırlayaraq təəssüratlarını bölüşüb. Həmçinin ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin müsbət dinamika üzrə inkişafından məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini və əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafını vurğulayan S.Qafarova xüsusilə dövlət başçılarının səfərlərinin Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəyə çatmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, ötən il Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək ərazi bütövlüyünü təmin edib. Münaqişə başa çatsa da, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Eləcə də 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş terrorçuları beynəlxalq ictimaiyyətə “hərbi əsir” kimi təqdim etməyə çalışaraq, diqqəti sənəddə əksini tapan əsas məsələlərdən yayındırmağa səy göstərir.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təqribən 30 il davam edən işğalı dövründə torpaqlamızdakı şəhər və kəndlər, maddi, mədəni, tarixi və təbiət abidələri məhv edilib, bütün infrastruktur dağıdılıb. Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər səbirsizliklə öz ata-baba yurdlarına geri dönəcəkləri günü gözləyirlər. Bunun üçün də işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işlərinə start verilib.
Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Stefano Luçidi, Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli, Milli Məclisin deputatı Eldar Quliyev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ötən ilin dekabrında - münaqişə başa çatdıqdan dərhal sonra İtaliya Senatı və Deputatlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri bu münasibətlərə verilən dəyəri aydın şəkildə nümayiş etdirir.
Görüşdə hər iki tərəfdən dostluq qruplarının üzvləri ölkələrimiz arasındakı strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial və möhkəm hüquqi baza olduğunu ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

