/ / Fuad Əliyev: Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə göstərdiyi dəstək qardaş ölkədə yüksək dəyərləndirilir
Fuad Əliyev: Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə göstərdiyi dəstək qardaş ölkədə yüksək dəyərləndirilir
12.08.2021 [09:03]
“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son günlərdə Türkiyəni bürüyən meşə yanğınları nəticəsində sakinlər arasında ölüm halları baş verdi, qardaş ölkənin iqtisadiyyatına ciddi ziyan dəydi. Azərbaycan xalqı bu dəhşətli fəlakət xəbərini eşidən kimi Türkiyə xalqına böyük dəstəyini ifadə etdi. Biz də Azərbaycan Liberal Demokrat Partiyası adından qardaşlarımıza, o cümlədən Türkiyədəki həmkarlarımıza məktub ünvanlayaraq mənəvi dəstəyimizi bildirdik”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.
Partiya sədrinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyini unutmayan Azərbaycanın meşə yanğınları zamanı Türkiyəyə göstərdiyi dəstək qardaş ölkədə yüksək dəyərləndirilir: “Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin meşə yanğınlarının söndürülməsi prosesində iştirakı böyük əhəmiyyətə malikdir. Qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərilməsi, onların yanğının lokallaşdırılması üçün türkiyəli həmkarları ilə birgə fədakarcasına çalışmaları Türkiyədə çox yüksək qiymətləndirilib”.
F.Əliyev onu da əlavə edib ki, Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı Şuşa Bəyannaməsinin imzalanmasından sonra özünün ən yüksək zirvəsinə çatıb: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması məsələsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin siyasi, diplomatik və mənəvi dəstək nümayiş etdirməsi ölkələrimizin müttəfiqliyini daha yüksək səviyyə qaldırıb. Eyni zamanda, Vətən müharibəsi zamanı Türkiyə xalqının Azərbaycanın yanında olması bir daha sübut etdi ki, iki ölkə arasında qardaşlıq münasibətləri sarsılmazdır”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52

