/ / Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəlib
Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəlib
09.09.2021 [09:09]
Avstriyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 8-də Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, həmkarını səmimi salamlayan S.Qafarova qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin çoxəsirlik tarixə malik olduğunu bildirib. O deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Müstəqillik dövründə isə əlaqələrimiz daha da inkişaf edib və bu gün bir çox sahələri əhatə edir.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri ölkələrimizin inkişafında və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan danışan Sahibə Qafarova bildirib: “Ölkələrimiz parlamentlər səviyyəsində də əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz müsbət rol oynamaqdadır. Bu xoş münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda özünü göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı sıx əməkdaşlıq mövcuddur”.
Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər haqqında məlumat verən Milli Məclisin sədri qeyd edib ki, ölkəmiz Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildirən S.Qafarova deyib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri bərpa edir, yenidən qurur.
Görüşdə Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ölkəsinin Azərbaycanı dostu ölkə hesab etdiyini vurğulayaraq ölkəmizlə əlaqələri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib. K.Kuçava iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib. O deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu söyləyən parlamentin sədri bu əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında münasibətlərdən danışan K.Kuçava deyib ki, bu əlaqələrin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.
Görüşdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

