Qazaxıstan dünya maliyyə böhranının aradan qaldırılmasına töhfələr verir
09.07.2010 [07:58]
Bu günlərdə Qazaxıstanda dünya maliyyə böhranı şəraitində davamlı iqtisadi inkişafın təmin olunması məsələsinə həsr olunan III Astana iqtisadi forumu keçirilib. Xatırlatmaq yerinə düşər ki, tədbirin Qazaxıstan paytaxtında keçirilməsi ideyası, 2007-ci ildə dünyada müşahidə edilən maliyyə böhranı ilə əlaqədar yaranıb və əsas məqsəd böhrandan çıxış yolu axtarmaq üçün ayrı-ayrı dövlətlərin irəli sürdüyü ideya və üstün təcrübələri bölüşmək olub. 2008-ci ilin iyun ayında Astanada keçirilən ilk iqtisadi forumda 45 ölkədən 370 nümayəndə iştirak edib. Forumda qlobal iqtisadiyyatın müxtəlif aspektləri-əməkdaşlıq, rəqabətədavamlılıq, makroiqtisadi tənzimləmə və s. məsələlər geniş müzakirə edilib.
Dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilən Qazaxıstan, postsovet ölkələri ilə əməkdaşlığa böyük önəm verməsinə baxmayaraq, qlobal maliyyə böhranının neqativ təzahürlərini ilk olaraq hiss etməyə başlayıb. Halbuki, böhranə qədər olan dövrdə, bu gənc Orta Asiya respublikası həmin inteqrasiyadan pozitiv effekt almağa başlayıb və 2000-2007-ci illərdə ölkədə üDM-in həcmi orta hesabla 26 faiz təşkil edib. Odur ki, ölkə rəhbərliyi qlobal böhranla mübarizə tədbirlərini daim gündəlikdə saxlamağa, bu birgə mübarizəyə töhfə verməyə çalışıb.
Qlobal maliyyə böhranının təzahürlərini yüksək səviyyədə müzakirə etmək üçün dünyada bir sıra mərkəzlər olmasına rəğmən, Avrasiya məkanında professional iqtisadçılar, maliyyəçilər və siyasətçilər üçün fikir və təcrübə mübadiləsi aparmaq, problemli məsələləri həll etmək üçün hər hansı bir məkan yox idi, beynəlxalq tədbir keçirilmirdi və analoji tədbirlərin keçirilməsi heç nəzərdə də tutulmurdu. Məhz bu səbəbdən də, yaranmış boşluqdan istifadə edərək, Qazaxıstan antiböhran tədbirlərinə həsr olunan iqtisadi forumlara evsahibliyi etməyə qərar verdi.
Və artıq 2009-cu ildə Astanada ikinci dəfə təşkil olunan iqtisadi foruma 29 beynəlxalq təşkilatdan 1200 nümayəndəni toplaya bilib. Forumun gündəliyinə qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatın inkişafına dair təkliflərin hazırlanması daxil edilib. Tədbirə dünya şöhrətli iqtisadçılar-Nobel mükafatı laureatı Robert Mandell və Edmund Felpsın qatılması isə forumun əhəmiyyətini daha da artırıb. Forumun işini BBC telekanalı, “Financial times”, “France press” və s. kimi dünyanın nüfuzlu telekanal və mətbu orqanları işıqlandırıb.
Cari ildə baş tutan III Astana iqtisadi forumunda artıq dünyanın 50 ölkəsindən 2000 nümayəndə iştirak edib. Onların arasında dünyanın tanınmış siyasi və maliyyə mərkəzlərinin təmsilçiləri, alimlər, ictimaiyyət nümayəndələri və KİV rəhbərləri yer alıb. Bu dəfə forumun işinə dünyanın tanınmış iqtisadçıları-norveçli Finn Kidland və Robert Mandell (ikinci dəfə) qatılıblar.
Forumun təntənəli açılış mərasimində çıxış edən Qazaxıstanın prezidenti Nursultan Nazarbayev öz nitqini maliyyə böhranından sonrakı dövrdə dünya maliyyə sisteminin inkişafı və inteqrasiyası məsələlərinə həsr edib.
Qazaxıstan prezidentinin toxunduğu digər əsas məqam isə ATƏT-ə üzv dövlətlərdə böhrandan sonrakı dövr üçün inkişaf məsələləri olub.
“Bir çox dövlətlər, müxtəlif inteqrasiya formatlarında, o cümlədən, G8, G20, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Etibarlılıq və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsi, İslam İqtisadi Konfransı və s. kimi nüfuzlu toplantılarda iştirak edərək, böhrandan sonrakı inkişaf məsələlərini aktiv müzakirə edirlər. Amma buna baxmayaraq, ATƏT çərçivəsində antiböhran məsələləri, hətta fakültativ səviyyədə belə, bir dəfə müzakirəyə çıxarılmayıb. Bu baxımdan, hesab edirəm ki, biz burada “Maastrixt+” adlı yeni sənəd hazırlamalıyıq”, - deyə Nursultan Nazarbayev vurğulayıb. O, həmin sənədin ilin sonunda Astanada keçirilməsi planlaşdırılan ATƏT dövlət başçılarının sammitində müzakirəyə çıxarılmasını təklif edib. Forumun ilk plenar iclasında çıxış edən ATƏT-in baş katibi Mark Perren de Brişambo, eləcə də, BMT Baş katibinin müavini Yan Kubiş də Qazaxıstan prezidentinin bu təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Nursultan Nazarbayevin forumda qaldırdığı digər təşəbbüs isə Avrasiya məkanında inteqrasiya ilə bağlı olub.
“Bu gün mən Qazaxıstan tərəfinin, ATƏT-in ikinci səbətini real və məzmunca dolduracaq, yeni təşəbbüsünü irəli sürürəm. Və əminəm ki, məhz bu təşkilat Avrasiyada tammiqyaslı inteqrasiya ideyasını gerçəkləşdirə bilər”, - deyən dövlət başçısı, eyni zamanda, əməkdaşlıq üçün vacib olan yeddi istiqaməti sadalayıb. Bunların sırasında bərabərhüquqlu ticarət, nəqliyyat və kommunikasiya şəbəkəsinin yaradılması, alternativ enerji, insan resursları, qarşılıqlı investisiyaların stimullaşdırılması, eləcə də, Avropa ilə Asiyanın maliyyə bazarlarının birləşdirilməsinin vacibliyini göstərib.
Növbəti, IV Astana iqtisadi forumu haqda danışan Qazaxıstan prezidenti, onun gündəliyinə vahid dünya valyutasının müzakirəsinin salınmasını təklif edib.
“Mən hələ də israrla bildirirəm ki, yeni qlobal iqtisadiyyat yeni iqtisadi valyutanı tələb edir. Hesab edirəm ki, bu məsələ, əvvəlki kimi hələ də aktual olaraq qalır. Biz böhrandan danışırıq, amma bir dəfə də olsun problemin köklərini demirik - bu, dünya valyutasının qeyri-effektiv olmasıdır, hansı ki, bu valyutaya heç bir qurum tərəfindən nəzarət olunmur” - deyə Qazaxıstan prezidenti vurğulayıb.
Qloballaşma prosesinin gözlənilməz təsirləri dünya ictimaiyyətinin qarşısında yeni məqsədlər və vəzifələr qoyur. Odur ki, Astana iqtisadi forumunda aydın şəkildə özünü büruzə verən iqtisadi böhrandan çıxmağın yolları, eləcə də, xarici iqtisadi əlaqələrdə şəffaflığın təmin olunması kimi üstün keyfiyyətləri Qazaxıstan dünya ictimaiyyəti ilə hər zaman bölüşməyə hazırdır və bunu özünə borc bilir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

