Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərindəki vəziyyət təhlil edilib

Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərindəki vəziyyət təhlil edilib

30.10.2021 [16:06]

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.

Bu barədə yeniazerbaycan.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıya müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edib.

Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31