Siyasi “əli(l)liyin” yeni simptomları...
30.11.2021 [12:10]
Bu dəfə baş rolda HƏP-çi - cəbhəçi adaşlar...
Siyasət ciddi fəaliyyət növüdür, həm idrak – şüur, həm vicdan – səmimiyyət, həm də peşəkarlıq tələb edir. Şüurlu davranış, vicdanlı yanaşma və peşəkar fəaliyyət siyasətçinin fərdi imicini və ona ictimai münasibəti formalaşdırır. Əks halda, o, uğursuzluq simvoluna, lağ obyektinə, hətta ikrah və qəzəb ünvanına çevrilir. Azərbaycan cəmiyyəti də belə “nümunə”lərin şahididir...
Bir müddət əvvəl öz çirkin obrazı ilə siyasi palitranın rəng çalarlarını korlamağa çalışan infantil müxalifətin “əlilik” sindromundan yazmışdıq. Mənəvi-siyasi qüsurları ilə vahid orqanizm olan siyasi sistemin sağlamlığını - bütövlüyünü pozmağa çalışan, cəmiyyətdə siyasi xəstəlik əhvalı - gerilik sindromu yaratmağa çalışan əli(l)lərin – Əli Kərimli, Əli Əliyev kimilərin siyasi xəstəliklərinin əsas simptomlarından, təzahürlərindən bəhs etmişdik. Görünən odur ki, infantil müxalifətin “əlilik” sindromu getdikcə şiddətlənir – yeni eybəcər, əcaib görüntülər, hallar ortaya çıxır. Elə bir müddət öncə HƏP-çi və cəbhəçi əli(l)lərin görüşü barədə sosial şəbəkədə yayılan foto və məlumat da bəhs olunan reallığı təsdiqləyir...
Əli İnsanov ilə Əli Kərimlini hansı şəxsi maraqların bir araya gətirdiyi onların özlərinə yaxşı məlumdur. Məsələ budur ki, “siyasətçi” cildinə girmiş bu iki şəxs ölkənin “ağır” ictimai-siyasi gündəmini müzakirə etdiklərini vurğulayaraq özlərini “ağır top” kimi göstərməyə çalışsalar da, əbəsdir. Çünki cəmiyyət onların “siyasi yüngüllük”lərinə bələddir. 10 noyabr tarixli üçtərəfli Bəyanatı “Azərbaycan üçün kapitulyasiya aktı” adlandıranları, təbii ki, cəmiyyət ciddi qəbul etməyəcək, ikrah hissi ilə qarşılayacaq. Azərbaycanın milli maraqlarına zidd “fikir”lər səsləndirməklə Ermənistan mediasının “siyasi ulduz”una çevrilməyə çalışan belə “siyasətçi”lərə fərdi və ictimai inamın olması mümkün deyil. Digər tərəfdən, hazırda “ağır” sözü ölkədəki ictimai-siyasi vəziyyətə deyil, onların cəmləşdiyi düşərgəyə uyğun gəlir. Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq tarix yazmış və tarixi ədaləti bərpa etmiş ölkədir. Bu qələbəni təmin edən əsas amillərdən biri ölkədəki sabitlik, təhlükəsizlik mühiti və milli həmrəylik olub. Hətta İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə ölkədə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana, iqtidara qətiyyətli, birmənalı dəstək göstərməsi də reallıqdır. Şübhəsiz ki, özlərini milli həmrəylikdən kənarda saxlayan, milli məsələlərə etinasız – laqeyd və qərəzli yanaşan HƏP-çi və cəbhəçi əli(l)lərə də bu gerçəkliklər yaxşı məlumdur. Belə olan halda, kimin və nəyin ağır vəziyyətdə olmasını müzakirə etməyə ehtiyac yoxdur. İngilislər demiş, “no comment”.
Bəhs olunan görüşün “ciddiliyi”ni və “vacibliyi”ni göstərən daha bir məqam fonda içki şüşələrinin əks olduğu fotodur. Bir çox sosial şəbəkə istifadəçiləri hətta bu fakta görə görüşün barda baş tutması iddiası irəli sürüblər. HƏP-in cavabı isə əcaib-qəraib və qeyri-müəyyəndir: “...ora əyləncə yeridir”. Görünən odur ki, siyasi sərxoşluqdan əziyyət çəkən HƏP-çi - cəbhəçi “cütlüyü” siyasəti ictimai-siyasi əyləncə vasitəsi kimi dərk edir. Siyasətlə məşğul olduğunu iddia edən “ciddi partiya sədrləri”nin əyləncə məkanında müzakirə təşkil etmələri, hər halda, bu qənaətə gəlməyə əsas verir.
Beləliklə, baş rolda HƏP-çi və cəbhəçi adaşların olduğu budəfəki “tamaşa” siyasi “əli(l)liyin” yeni simptomlarını əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

