/ / Siyavuş Novruzov: Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaq
Siyavuş Novruzov: Dağlıq Qarabağ problemi NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaq
10.08.2010 [09:59]
Bu barədə AzərTAc-a Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, NATO Parlament Assambleyasının Riqada keçirilmiş yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinin qurumun rəhbərliyi ilə görüşü olub. Görüşdə diqqətə çatdırılıb ki, digər nüfuzlu beynəlxalq qurumlarda Dağlıq Qarabağ məsələsi müzakirə edilir. Bu mənada NATO PA-nın sessiyalarının birində də belə müzakirələrin aparılması məqsədəuyğundur.
Nümayəndə heyətinin üzvü deyib: “Görüşün nəticəsi olaraq qurumun rəhbərliyi Dağlıq Qarabağ probleminin müzakirəsinin NATO PA-nın payız sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı tapşırıq verib. Artıq məsələ ilə əlaqədar məruzəçilər təyin olunub və müvafiq komitədə hazırlıq işləri gedir”.
YAP İcra katibi müavininin sözlərinə görə, NATO daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qurumun 50 illiyinə həsr olunmuş kitabda da verilən xəritədə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub və onun mərkəzi Xankəndi adı ilə göstərilib.
Nümayəndə heyətinin üzvü Ermənistanın məsələyə etiraz etməsinə münasibət bildirərək qeyd edib ki, işğalçı dövlətin bu cəhdləri nəticəsiz qalacaq. çünki NATO PA-nın rəhbərliyi onların müraciətini qəbul etməyib.
S.Novruzov vurğulayıb ki, NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və qurumun Azərbaycanla sıx əməkdaşlığı mövcuddur. Belə bir nüfuzlu təşkilat Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

