Əli Kərimlinin gizli maliyyə mənbələri aşkara çıxır?
13.08.2010 [09:26]
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə ilk məhkəmə iclası keçirilib. Onu qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri Qabil Məmmədrzayev həbs olunana qədər AXCP sədri Əli Kərimlinin köməkçisi işləyib. Təbii ki, bu fakt özlüyündə yeni araşdırmaların aparılmasını tələb edir. Bu haqda bir qədər sonra daha ətraflı danışacağıq. İlk öncə isə dünən keçirilən iclas haqqında məlumat verək.
Əvvəlcə prosesdə hakim T.Nəsrullayeva bildirib ki, sözügedən cinayət işi 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə başlanılıb. Hakim vəkilləri təqdim etdikdən sonra ittiham olunan şəxslər vəkillərinə heç bir etirazları olmadığını söyləyib.
Daha sonra zərərçəkmiş tərəfin nümayəndəsi vəsatət qaldıraraq prosesin KİV təmsilçilərinin iştirakı olmadan və qapalı keçirilməsini istəyib. Hakimlər yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.
Sonra isə ittiham olunanların vəkilləri vəsatətlə çıxış edərək zərərçəkmiş Məmmədova Ruqiyyə İsgəndər qızının da prosesdə iştirakının təmin olunmasını istəyiblər. Hakimlər bu vəsatəti təmin edərək növbəti prosesdə onun iştirak edəcəyini bildiriblər.
Əli Kərimlinin köməkçisi dəstə yaradaraq quldurluq edib
Prosesdə daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. O deyib ki, aparılmış ibtidai istintaq nəticəsində quldurluq cinayətinin Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlu tərəfindən törədilməsi müəyyən edilib. Belə ki, istintaq müəyyən edib ki, 2009-cu ilin noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də külli miqdarda pulun olması haqqında Qabil Məmmədrzayevə məlumat verib və həmin pulun qanunsuz yolla ələ keçirilməsi üçün əlbir olaraq planlar qurublar. M.Ağayev zərəçəkmişin yaşadığı binanın, mənzilin yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini ona verib, Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd edib.
Bundan sonra, Qabil Məmmədrzayev Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə Racu Mehralıyevlə razılığa gəlib və həmin yeri 2009-cu ilin əvvəllərində sonuncuya göstərib, Ruqiyyə Məmmədovanın fotoşəklini ona verib, sonra R.Mehralıyev 2009-cu ilin noyabr ayının ortalarında binanın ətrafında pusqu quraraq, mənzildə yaşayanların evdən nə vaxt çıxması və girməsini dəqiqləşdirərək Elnur Mirzəliyev və Hüseyn Qurbanovdan ibarət qrup təşkil edib. 23 noyabr 2009-cu il tarixdə saat 12.00-da Elnur Mirzəliyev Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Racu Mehralıyev və Hüseyn Qurbanovla görüşərək, əvvəlcədən razılaşdıqları kimi Hüseyn Qurbanovla binanın yanında gözləyib. Racu Mehralıyev isə Ruqiyyə Məmmədovanın oğlu, Azadlı Qədir Azad oğlunun təhsil aldığı 54 â„–-li orta məktəbdən yaşadığı binaya kimi təqib edərək qrupun digər üzvlərinə onun gəlməsi haqqında məlumat verib. Dəstə üzvləri saat 13.40-da Azadlı Qədir Azad oğlu və onun sinif yoldaşı Kərimli Əmir İbrahim oğlunu zorla içəri salaraq, basqın yolu ilə qanunsuz olaraq evə daxil olublar. Hüseyn Qurbanov özü ilə gətirdiyi silah qismində istifadə olunan tapançanı Qədir Azadlı və Əmir Kərimliyə tuşlayaraq həyat və sağlamlığı üçün təhlükəli zor tətbiqetmə hədəsi ilə sakit qalmağı tapşırıb. Digərləri isə yataq otağına, otağın qapısını sındırmaq yolu ilə daxil olaraq, həmin otaqda paltar şkafının içərisində, salafan torbada olan 200.000 ABŞ dollarını, 50 manat dəyərində “Sony” markalı videokameranı, 1000 manat dəyərində qızıl zinət əşyalarını, 30 manat dəyərində büjiteriya, həmin otaqda çarpayının yanında olan şkafdan 9600 ABŞ dolları və 1500 manat pulu oğurlayıblar. Sonra isə özləri ilə gətirdikləri skoçla Azadlı Qədir Azad oğlu və Kərimli Əmir İbrahim oğlunun əl-qolunu bağlayaraq hadisə yerindən gediblər. Onlar bu əməlləri ilə zərərçəkmiş şəxs Ruqiyyə Məmmədovaya külli miqdarda ziyan vurmaqla quldurluq ediblər.
Bundan başqa, Elnur Mirzəliyev qanunsuz olaraq 3 ədəd 9 mm kalibrli, həmin kalibrə malik “Makarov” və “Steçkin” tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları və soyuq silah hesab edilən kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik kasteti (beşbarmağı) əldə edib, yaşadığı Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” massivi, mənzil 75-də saxlayıb, 27 noyabr 2009-cu il tarixdə həmin mənzildə axtarış keçirilərkən göstərilən patronlar və kastet aşkar edilərək götürülüb.
İttiham aktı elan olunduqdan sonra hakim təqsirləndirilənlərdən bu Akt üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Mehralıyev Racu, Qurbanov Hüseyn və Mirzəliyev Elnur özlərini qismən təqsirli bildiklərini söyləsələr də, Ağayev Mirzə, Məmmədrzayev Qabil özlərini təqsirli bilmədiklərini iddia ediblər.
Bununla da, hakim T.Nəsrullayeva ilk iclası başa vuraraq növbəti prosesin nə zaman keçiriləcəyinin qarşıdakı günlərdə elan olunacağını söyləyib.
Gizli saxlanılan maliyyə mənbələri üzə çıxır?
Yuxarıda da qeyd etdiyimiz kimi, Qabil Məmmədrzayev həbs olunana qədər AXCP sədri Əli Kərimlinin köməkçisi işləyib. Hərçənd ki, o özü dünən keçirilən iclasda bu faktı boynuna almayıb və həbs olunana qədər işsiz olduğunu söyləyib. Əslində, bu məqam özlüyündə təqsirləndirilən şəxs Q.Məmmədrzayevin ifadələrinin doğruluğuna şübhə yeri qoyur. Təbii ki, bizim məqsədimiz onun düz və yalan danışdığını ayırd etmək deyil. Ən azından ona görə ki, bu məhkəmə prosesində onun ifadələrinin doğru və ya yanlış olduğuna aydınlıq gələcək və indidən bununla bağlı qəti münasibət bildirmək doğru olmazdı. Amma məhz bu hadisənin işıq tutduğu bəzi gerçəklər var ki, onları da dilə gətirmək vacibdir.
Belə ki, heç kəsə sirr deyil ki, ölkəmizdə fəaliyyət göstərən bəzi siyasi təşkilatlar müxtəlif yollarla maliyyələşir və yalnız Yeni Azərbaycan Partiyası istisna olmaqla, heç bir partiya maliyyə mənbələri haqqında ictimaiyyətə məlumat vermir. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası gəlirləri və xərcləri haqqında mütəmadi olaraq ictimaiyyətə hesabat verir. Buna baxmayaraq, xüsusən müxalifət partiyaları fəaliyyətlərini necə maliyyələşdirdiklərinə dair bir dənə də olsun, suala cavab verməyiblər. Maliyyə mənbələri qaranlıq qalan təşkilatlardan biri də AXCP-dir. Hətta bu partiya maliyyə mənbələrinin açıqlanması ilə bağlı tədbirlərin keçirilməsi təkliflərinə qarşı həmişə sərt reaksiya ortaya qoyub. Şübhəsiz ki, bunun səbəbləri hamıya məlumdur. Yəqin ki, bu partiya açıqlanmasını istəmədiyi faktlarla qarşı-qarşıyadır. Bu düşərgəyə yaxın olan bəzi şəxslərin bildirdiklərinə görə, AXCP-nin maliyyələşməsində çirkli yollarla əldə olunan pulların da payı az deyil. Əli Kərimlinin köməkçisi olan Qabil Məmmədrzayevin belə bir qanunsuzluğa əl atması da bu iddaları daha da qüvvətləndirir. Hər halda gələcək proseslərdə bu məsələ daha təfərrüatı ilə aydınlaşacaq.
P.S.Adı çəkilən qüvvələrin bu faktlar qarşısında necə davranacaqları və hansı münasibəti ortaya qoyacaqlarını onların öz ixtiyarına qoyuruq. Sadəcə, bir anlıq təsəvvür edirik ki, Əli Kərimli bu gün hansısa mühüm dövlət vəzifələrindən birini icra edir və Q.Məmmədrzayev isə onun köməkçisidir. Onda bu gün quldurluq etdiyinə görə məhkəmə qarşısında dayanan birisinin və onun rəhbərinin xalqımıza qarşı hansı cinayətləri törədə biləcəklərini təsəvvür etmək elə də çətin deyil. Bu hadisə və buna bənzər onlarla faktlar var ki, bir daha xalqımızın Əli Kərimli kimilərini siyasi arenadan silməsinin, onların hakimiyyət üzünə həsrət qalmasının səbəblərini daha açıq şəkildə göstərir. Əminik ki, bu tərcümeyi-halın sahibləri indiyə qədər olduğu kimi, bundan sonra da hakimiyyət kürsüsünə öz qərargahlarından tamaşa etməklə kifayətlənəcəklər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

