Arayik Moskvaya niyə gedib?
10.02.2022 [10:47]
Cinayətkar özünə dəstək axtarır
Nardar BAYRAMLI
Ermənistan mətbuatında Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyanın Moskvaya getməsi haqqında məlumat yayılıb. Separatçıların rəhbərinin Rusiyaya səfəri ilk dəfə deyil. Bundan əvvəl də A.Arutyunyan Rusiyanın paytaxtında dəfələrlə səfərdə olub. Erməni mətbuatı onu da yazır ki, Qarabağ separatçıları arasında “liderlik” uğrunda mübarizə güclənir. “Hraparak” qəzetinin yazdığına görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş Arayik Arutyunyan vədinə xilaf çıxaraq, tərəfdarlarına siyasətdən getməyəcəyini deyib. Bu da Qarabağ separatçıları arasında ona müxalif olanların narazılığı ilə qarşılanıb. “Hraparak” yazır ki, Arayik Arutyunyan ətrafında çevrə yenidən daralıb. Belə ki, əvvəllər separatçılara rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyanın yenidən hərəkətə keçdiyi bildirilir. Onların separatçılar arasında Arayik Arutyunyana qarşı qüvvə formalaşdırdıqları barədə məlumatlar yayılıb. Qəzet qeyd edir ki, separatçılar gələn il yeni lider seçməyi planlaşdırırlar. Bu səbəbdən də Qarabağdakı separatçıların keçmiş rəhbərləri və generallar artıq müzakirələrə başlayıb. Yeni namizədlər arasında daha çox əli azərbaycanlıların qanına batmış general Vitali Balasanyan Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” general Levon Mnatsakanyanın adı hallanır.
“Hraparak” yazır ki, Arayik Arutyunyan hazırkı postunda qalmaq üçün müxtəlif gedişlər etməyə cəhd göstərir. Onun Moskvaya səfəri də buradan qaynaqlana bilər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, separatçıların rəhbəri, müharibə cinayətkarı A.Arutyunyan Moskvaya səfəri bir sıra mətləblərdən xəbər verir. Onun sözlərinə görə, müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməz haldır: “Cinayətkar A.Arutyunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedir? Arutyunyan o canidir ki, müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib və bu “qəhrəmanlıq” barədə ağızdolusu danışıb. Separatizmin nə olduğunu öz təcrübəsində görən və acısını yaşayan Rusiyaya belə cinayətkar şəxslərin səfəri başadüşülən deyil. Arutyunyanın Rusiyaya səfəri həm də Qarabağda “sülhməramlı missiya” həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə uyğun gəlmir. Sülhməramlı kontingentin fəaliyyətinin nədən ibarət olduğu beynəlxalq hüquqda əksini tapıb. Burada əsas məqsəd sülhün və təhlükəsizliyin təmin edilməsi olmalıdır, müharibə cinayətkarlarını və separatizmi dəstəkləmək yox. Amma biz görürük ki, Rusiya hərbçiləri Qarabağa erməni daşımaqla məşğuldur, həm də bəzi xarici ölkələrin vətəndaşlarını qanunsuz olaraq həmin ərazilərə buraxırlar. Yəni, onlar sülhü və təhlükəsizliyi təmin etməkdən daha çox ermənilərin qayğısını çəkirlər”.
Millət vəkili qeyd edib ki, Arayikin əvvəlki səfərlərinə də Azərbaycan tərəfi etiraz edib və Rusiyanın rəsmi nümayəndələri bunun şəxsi səfər olduğunu bildiriblər: “Bütün hallarda separatçının bu səfəri qəbulolunmazdır. Yəqin Arayik yenə də özünə dəstək qazanmaq üçün oraya gedir. Amma bilməlidir ki, artıq Azərbaycan problemi həll edib, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Gec-tez o, törətdiyi cinayətlərə görə cavab verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31

