Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistana növbəti sarsıdıcı zərbə...

Ermənistana növbəti sarsıdıcı zərbə...

24.02.2022 [10:19]

Müttəfiqlik Bəyannaməsinin imzalanması ermənilərdə ciddi təlaş və qəzəb yaradıb

Taleh AĞAVERDİEV

Azərbaycan və Rusiya fevralın 22-də tarixi sənəd - Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzaladılar. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə müstəsna töhfədir. Eyni zamanda, Rusiyadakı müxtəlif ermənipərəst qüvvələrə ciddi zərbə oldu. Həmin dairələr uzun müddətdir ki, Bakı ilə Moskvanın arasını vurmaq üçün xüsusi canfəşanlıq edirdilər.

Bu sənədin imzalanması Ermənistanın özündə də, gözlənildiyi kimi, narazılıq və çaxnaşmaya səbəb oldu. Bəyannamə “sənədləşdirilmiş-hüquqi xəyanət” adlandırıldı. Əslində, Rusiya bu cür ittihamlara çoxdan öyrəşib. Moskvadan verilən bütün siyasi və iqtisadi dəstəyə rəğmən, Ermənistan tərəfi həmişə uğursuzluqlarına görə müttəfiqini günahlandırıb və xəyanətdə ittiham edib.

2000-ci ildə Ermənistan və Rusiya arasında müttəfiqliyə və əməkdaşlığa dair oxşar bəyannamə imzalanıb. Lakin orada cəmi 15 maddə var. Təkcə bu fakt Azərbaycanın və Ermənistanın həm Rusiyanın prioritetlərində, həm də ümumilikdə beynəlxalq aləmdə tutduğu yerdən xəbər verir. Ermənistan və Rusiya arasında imzalanmış bəyannamədə əsasən iki ölkə xalqlarının dostluğunu gücləndirmək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, BMT Nizamnaməsinin məqsədlərinə və prinsiplərinə sadiqliyin təsdiqlənməsi və s. kimi ümumi məsələlər yer alıb. Bu da ondan irəli gəlir ki, heç bir resursu olmayan və daim iqtisadi böhran vəziyyətində olan Ermənistan əsasən başqalarının yardımı hesabına yaşamağa öyrəşib, onun təklif edə biləcəyi heç nə yoxdur.

Azərbaycan ilə Rusiya arasında imzalanmış Bəyannamənin bəzi bəndləri, məsələn, 13 və 14-cü maddələr Ermənistan cəmiyyətini xüsusilə narahat edib. 13-cü maddəyə əsasən, tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. 14-cü maddədə isə deyilir ki, tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

Ermənilər vurğulayırlar ki, Rusiya Ermənistana müasir silahlarını satmaqdan imtina edən halda, Azərbaycanla imzalanan Bəyannamədə hərbi-texniki əməkdaşlıq məsələsi yer alıb. Görünür, Ermənistanda Rusiyanın silah alınması üçün ayırdığı çoxmilyonluq kreditləri,  bu ölkənin 10 il ərzində Ermənistana silahlarının 94 faizini verdiyini unudublar. Yeri gəlmişkən, 44 günlük müharibə zamanı Ermənistanın silah və texnikasının böyük hissəsi məhv edilib və ya qənimət kimi ələ keçirilib. Ermənistanın iqtisadi vəziyyətini nəzərə alsaq, qeyd edə bilərik ki, Rusiya çox güman ki, borcun qaytarılmasını unutmalı olacaq.

Müxalifət də Ermənistan hakimiyyətini sözügedən Bəyannamənin imzalanmasına görə qınamaq fürsətini əldən vermədi. “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Bəyannamənin imzalanmasını Ermənistanın xarici siyasətinin tam iflasa uğraması kimi səciyyələndirib. “Rusiya ilə münasibətlər tamamilə iflasa uğrayıb və Ermənistan cəmiyyəti bu uğursuzluğu hər gün görür”, - deyə o bildirib. Ermənistan Respublika Partiyası isə daha sərt reaksiya verib. Partiyanın bəyanatında qeyd olunur ki, Müttəfiqlik Bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır: “Sizin yeganə müttəfiqiniz düşməninizlə müttəfiq olduqda, bu, ilk növbədə sizin zəifliyiniz, səhvləriniz, hərbi-siyasi uğursuzluğunuz, geosiyasi iflasınızdır”.

Son vaxtlar Ermənistan cəmiyyətində davamlı olaraq anti-Rusiya çağırışları səslənir. İrəvan vaxtaşırı Rusiyanın arxasınca Qərblə hansısa danışıqlar aparır və elə bilшrdi ki, müttəfiqi buna göz yumacaq. Amma görünür, Rusiya həmişə nankorluq edən müttəfiqinin etibarsız olduğunu yaxşı bilir və Azərbaycanın simasında etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirmək niyyətindədir. Bir sözlə, döyüş meydanında Azərbaycana uduzan Ermənistan diplomatiyada da bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlər almaqda davam edir.

Paylaş:
Baxılıb: 249 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31