21354 qaçqın ailəsi üçün yeni qəsəbələr salınıb
22.09.2010 [10:15]
Sirr deyil ki, 1988-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi-Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu işğal bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün durumuna düşməsi ilə nəticələnib. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı atəşkəs müqaviləsinin bağlanmasına səbəb oldu, ölkədə sabitliyin, inkişafın bərqərarına yol açdı.
ümummilli liderimiz Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində ölkəmizdə qaçqınların problemlərinin həlli istiqamətində əsaslı tədbirlər görülüb. Qısa zamanda qaçqınlara müavinətlərin verilməsi məsələsi reallaşıb və digər tədbirlər həyata keçirilib. Məhz bu tədbirlər ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi siyasətinin əsasını qoyub.
Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2004-cü ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” dövlətin vətəndaşlarına diqqətinin bariz nümunəsi sayılmalıdır. Məhz bu proqramın yüksək səviyyədə icra olunması məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində böyük bir yolun başlanğıcını qoydu. Qeyd etmək lazımdır ki, bu proqramda 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin yaradılması nəzərdə tutulurdu və ötən müddət ərzində demək olar ki, bu tədbirlərin hamısı yerinə yetirilib.
Prezident İlham Əliyevin ötən ilin fevralında imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam qaçqın və məcburi köçkünlərə ayrılan diqqətin və dövlət qayğısının növbəti təzahürüdür. Sərəncamda qeyd olunub ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Dövlət başçısı proqrama uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılmasına qərar verib.
Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial-iqtisadi və məişət problemlərinin həlli ilə bağlı imzaladığı müvafiq Fərman və sərəncamları əsasında isə hazırda Füzuli, Bərdə, Ağdam, Goranboy və Yevlax rayonlarının ərazilərində müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunur.
Bərdə rayonunda alman tipli fin qəsəbəsində məskunlaşmış 195 məcburi köçkün ailəsinin mənzil problemini həll etmək üçün 134 hektar torpaq sahəsi ayrılıb. Bundan başqa, ərazisinin böyük bir hissəsi hələ də erməni işğalı altında olan Füzuli rayonunun Horadiz şəhərində inşa olunan Olimpiya Kompleksində aparılan tikinti işləri davam etdirilir. İnşasına 2008-ci ilin sonlarından başlanmış Horadiz Olimpiya İdman Kompleksi 5 hektar ərazidə yerləşir. Burada 500 nəfərlik oturacağı olan örtülü idman zalı, 30 yerlik mehmanxana, 1860 yerlik açıq futbol meydançasında, basketbol, voleybol və boks kortlarında tamamlama işləri görülür. Kompleks içməli su, qaz və elektrik sistemləri ilə təmin olunub, qazanxana və nasosxana inşa edilib. Yağış sularının yığılması üçün drenaj sistemi quraşdırılıb, 2 hektardan çox ərazidə isə yaşıllaşdırma işləri aparılır.
Ərazisinin böyük bir hissəsi işğal altında olan başqa bir rayonda, Ağdam rayonunda da tikinti abadlıq işləri davam etdirilir. Rayonun inzibati mərkəzi olan Quzanlıda məcburi köçkünlər üçün 70 hektar ərazidə tikilən qəsəbədə 55-i birotaqlı, 322-si ikiotaqlı, 364-ü üçotaqlı, 48-i isə dördotaqlı olan 689 birmərtəbəli ev inşa olunub. Hər biri 6 sot ərazidə yerləşən bu evlər bütün kommunikasiya xətləri ilə təmin edilib, lazımi avadanlıqla təchiz olunub. Əraziyə 20 kilometrlik içməli su, 34 kilometrlik qaz, 18 kilometrlik isə elektrik xətti çəkilib, transformator qoyulub. Hazırda qəsəbənin ərazisində abadlıq işləri görülür, ümumi uzunluğu 17 kilometr olan qəsəbədaxili yol çəkilir, 440 yerlik ikimərtəbəli məktəb binasında tamamlama işləri aparılır. Burada da yağış sularının toplanması üçün drenaj sistemi qurulur. Qəsəbənin ərazisindəki 50 yerlik uşaq bağçasında, sosial və inzibati binalarda, klubda işlər yekunlaşmaq üzrədir.
Məcburi köçkünlər üçün daha bir yaşayış məhəlləsi isə Goranboy rayonu ərazisində salınıb. Prezident İlham Əliyevin 2008-ci il 6 mart tarixli Sərəncamına uyğun olaraq 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş bu məhəllədəki hündürmərtəbəli binalar yaxın vaxtlarda öz sakinlərini qəbul edəcək. Məhəllənin sahəsi 20 hektardır. İlkin mərhələdə ümumi sahəsi 11 min 235 kvadratmetr olan 165 mənzil istifadəyə veriləcək. Bu mənzillərdən 40-ı birotaqlı, 80-i ikiotaqlı, 40-ı üçotaqlı, 5-i isə dördotaqlıdır. Tikintisi başa çatmaq üzrə olan ikimərtəbəli 360 yerlik məktəb binasında son işlər görülür, sinif otaqları hazır vəziyyətə gətirilir, 50 yerlik uşaq bağçasının dam örtüyü bərkidilir.
Yevlax şəhərində isə məcburi köçkünlər üçün 615 mənzilli 10 beşmərtəbəli yaşayış binasından ibarət məhəllədə də işlər başa çatmaq üzrədir. Qəsəbədə inşa olunan 440 yerlik məktəb binasında, 50 yerlik uşaq bağçası və klub-icma mərkəzində tamamlama işləri sürətlə aparılır.
Göründüyü kimi, bu gün ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, ilk fəaliyyət istiqamətimiz işğal altında olan torpaqların azad edilməsi və vətəndaşların öz yurd-yuvalarına köçürülməsidir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti öz vətəndaşlarının sosial müdafiəsi istiqamətində yüksək səviyyəli layihələr reallaşdırır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

