Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in müşahidə missiyasının rəhbəri xanım Odri Qloverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in müşahidə missiyasının rəhbəri xanım Odri Qloverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30.09.2010 [09:27]

Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov ATƏT - in Seçkilərin Müşahidə Missiyasının rəhbəri xanım Odri Qloverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə YAP Sədr müavini Əli Əhmədov noyabrın 7 - də keçiriləcək parlament seçkilərinə hazırlıq, seçki prosesinin gedişi, partiya tərəfindən irəli sürülən namizədlər və onların təbliğat - təşviqat kampaniyasının təşkili haqqında məlumat verib. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı, ATƏT - in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun siyasət üzrə təhlilçisi Marian Qabriel və seçkilər üzrə məsləhətçisi Driu Hyislop iştirak ediblər.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31