Qoca “Moskva” batdı...
16.04.2022 [10:43]
Kreyserin son aqibəti ilə bağlı məlumatlar ziddiyyətlidir
Sadiq İSMAYILZADƏ
Rusiya Ukrayna ilə müharibədə ən bahalı hərbi itkisini verdi. Əfsanəvi “Moskva” kreyseri sulara qərq olub. “Forbes”in məlumatına görə, ilkin dəyəri təxminən 2 milyard dollar, qalıq dəyəri isə 750 milyon dollar təşkil edən kreyserin batması və ya batırılması ilə bağlı yayılan xəbərlər ziddiyyətlidir. Belə ki, bəzi mənbələrdə Ukraynanın ağır artilleriyası - raket kompleksi tərəfindən zərərsizləşdirildiyi deyilən “Moskva” kreyseri ilə bağlı Rusiya Müdafiə nazirliyinin bəyanatı fərqli oldu - “Moskva” kreyseri təyinat limanına çəkilən zaman sursatların partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəyməsi ilə gəmi dayanıqlılığını itirib. Gəmi fırtınalı dənizlər şəraitində batıb. “Əvvəlcədən xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib”, - Rusiya Müdafiə Nazirliyi bildirib. İki gün öncə isə gecə Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində döyüş sursatını işə salan yanğının baş verməsi barədə məlumat yaymışdı. Demək ki, “yanğından” 24 saat sonra belə kreyser suda dayanıbmış.
Ukraynanın hakimiyyət nümayəndələri, konkret olaraq Odessa Vilayət Hərbi Administrasiyasının sədri, polkovnik Maksim Marçenko isə nəhəng kreyserin iki “Neptun” gəmi əleyhinə qanadlı raketi ilə vurulduğunu bəyan edib. Dəqiq atəş nəticəsində əvvəlcə gəminin sursatlar saxlanılan bölməsi, sonradan isə tam olaraq gövdəsi sıradan çıxarılıb.
SSRİ-nin dağılmasının tarixi şahidi
1164 Atlant Layihəsinin aparıcı gəmisi, mühafizəçi raket kreyser olan “Moskva” Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30-cu yerüstü gəmi diviziyasının tərkibində olub. Nikolaev şəhərindəki 61 Kommunar adına gəmiqayırma zavodunda tikilmiş kreyser əvvəlcə “Şöhrət” adlandırılmışdı. Özünün xələfi olan və “Moskva” adlanan sualtı qayıq əleyhinə kreyser istismardan çıxarıldıqdan sonra onun adını aldı və Qara Dəniz Donanmasının flaqmanına çevrildi. Kreyser böyük yerüstü gəmilərə zərbələr endirmək üçün nəzərdə tutulmuşdu. Eləcə də, Rusiyanın sualtı əməliyyat qruplarının döyüş sabitliyini təmin edirdi. Bununla yanaşı, nəhəng gəmi uzaq birləşmələrin hava hücumundan müdafiəsini, eniş üçün atəş dəstəyini də həyata keçirirdi.
1989-cu il dekabrın 2-3-də Maltada Sovet lideri Mixail Qorbaçovla ABŞ prezidenti Corc Buş arasındakı görüşdə “iştirak edən” kreyserdə ittifaqın nümayəndə heyəti yerləşdirilmişdi. Beləliklə amerikalı “həmkarı” Belknap adlı təyyarə gəmisi ilə birgə Maltaya yaxın Marsaşlok adlı şəhərdə lövbər salan gəmi tarixə düşür. Fırtınalı hava və dalğalı dəniz iki ölkənin nümayəndə heyətləri arasındakı bəzi görüşlərin təxirə salınması ilə nəticələnir. Beynəlxalq media tərəfindən “dəniz xəstəliyi sammiti” adlandırılan bu görüşlər sonradan dünyanın siyasi axarını dəyişərək yeni mərhələ yaratmışdı.
Rusiyanın ən “bahalı” itkisi və ya xəbərdarlıq mesajı
Kreyser 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Krımda, 2015-ci ildə Suriyada və 2022-ci ildə Ukraynada hərbi münaqişələrdə iştirak edib. Son müharibə zamanı gəmi Ukraynanın İlanlar adasının (Zmeinıy ostrov) tutulmasında iştirak edib.
“Moskva” kreyseri müasir tarixdə daha bir ilklə qaldı. 30 aprel 2021-ci il tarixində ilk dəfə olaraq gəminin əsas raket sistemi olan P-1000 Vulkan raketi ilə Qara dəniz akvatoriyasında sınaq atışları keçirildi. Sınaq atəşi düşmən gəmisini təqlid edən dəniz hədəfi qalxanında aparıldı. Raket dəniz döyüş hazırlığı poliqonundan 30 km məsafədə hədəfi uğurla vurdu.
Bəzi hərbi mütəxəssislər Rusiyanın ən “bahalı” itkisi olan “Moskva”nın batırılmasını xəbərdarlıq kimi qələmə verirlər. Rusiyanın hərbi arsenalında olan silah-sursatın, o cümlədən texniki vasitələrin Ukraynaya qarşı döyüşdə zərərsizləşdirildiyini deyən mütəxəssislər bu kimi böyük əməliyyatların daha güclü və texniki cəhətdən hazırlıqlı hərbi “nöqtədən” keçirildiyini düşünürlər. Başqa sözlə, “Moskva” Ukrayna tərəfindən deyil, Qərbin ən aparıcı raket komplekslərinin dəqiq zərbələri ilə batırılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16

