Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ÜST təqdir edir

ÜST təqdir edir

29.04.2022 [09:56]

Azərbaycan təcrübəsi müsbət nümunə kimi göstərilir

Mübariz

Azərbaycan faydalı təcrübəyə malik, müsbət ənənə formalaşdıran və nümunə yaradan ölkələr sırasındadır. Bu, dünya miqyasında da etiraf və ifadə olunur. Məsələn, günümüzün ən aktual məsələlərindən olan koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan nümunəsi təqdirəlayiq hesab olunur. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Prezident İlham Əliyev ilə görüşü zamanı ÜST-ün ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsini təqdir etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı isə vurğulayıb ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.

Heç şübhəsiz, koronavirus pandemiyası dünya ölkələri üçün bir sınaq dövrü kimi yadda qalacaq. Pandemiyanın pik mərhələsi sayılan 2020-ci ildə 150-dək ölkə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini bildirərək beynəlxalq maliyyə qurumlarından yardım istədilər. Xoşbəxtlikdən Azərbaycan bu sırada yer almadı. Ölkəmiz milli səviyyədə pandemiyaya qarşı geniş əhatə dairəsinə malik mübarizəni sırf daxili resursları ilə həyata keçirdi, hətta Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar həcmində ianə etdi, 30-dan çox ölkəyə kömək göstərdi.

Respublikamızda pandemiyanın mənfi təsirlərini azaltmaq üçün bir sıra prioritetlər müəyyənləşdirildi ki, onların da sırasında insanların sağlamlığının, həyatının qorunması, ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi ön planda dayanırdı. Respublikamızda pandemiyanın elə ilk günlərindən etibarən müəyyənləşdirilən bu kimi prioritetlərə uyğun olaraq ardıcıl şəkildə zəruri səhiyyə və sosial dəstək tədbirləri həyata keçirilib. Azərbaycanda güclü in­frastrukturdan bəhrələnməklə həyata keçirilən səhiyyə tədbirlərinin də əhatə dairəsi kifayət qədər geniş olub. Respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə modul tipli xəstəxanalar yaradılıb. Belə xəstəxanalar Bakıda, Qobustanda, İsmayıllıda, Qəbələdə, Şəkidə və digər ünvanlarda istifadəyə verilib. 

COVID-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynayır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Vaxtilə Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə yeni müasir laboratoriyalar quraşdırılıb. Artıq respublikamızda 30-dan çox belə laboratoriya fəaliyyət göstərir. Pandemiya dövründə respublikamızda tibbi maska, dezinfeksiyaedici vasitələr və xüsusi geyimlər istehsalının qaydaya salınması da böyük uğurdur.

Pandemiyaya qarşı ən effektiv mübarizə üsulu vaksinasiyadır. Azərbaycan bu sahədə də yüksək fəallıq göstərən ölkələr sırasında yer alır. Respublikamız Cənubi Qafqazda ilk olaraq vaksinasiyaya başlayıb. Bu proses hazırda uğurla davam etdirilir. İndiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Azərbaycan Prezidenti bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.

Sadalanan faktlar Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizəyə necə böyük həssaslıqla yanaşdığını təsdiqləyir. Məhz vaxtında operativ şəkildə reallaşdırılan tədbirlərin nəticəsidir ki, ölkəmizdə pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısı alındı. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan ölkə kimi səciyyələndirib. Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığı, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyü qeyd edilib. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31