Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Əfv Sərəncamı...

Yeni Əfv Sərəncamı...

25.05.2022 [10:14]

Kimlərə şamil olunacaq?

Əfv Məsələləri Komissiyası 600-dən artıq müraciətə baxıb

P.İSMAYILOV

Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir.

28 May Müstəqillik Günü münasibətilə əfv sərəncamının veriləcəyi gözlənilir. Aprel ayından mayın 23-nə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib və əfvlə bağlı müvafiq müraciətlərə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin kateqoriyaları da açıqlanıb. Belə ki, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu bu humanizm ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir. 2003-cü ildən indiyə qədər Prezident İlham Əliyev tərəfindən imzalanan 35 Əfv Sərəncamı ilə minlərlə insan cəzadan azad edilib və ya cəzası azaldılıb. Bu, cənab Prezidentin cəzanın humanistləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin nümunəsidir.

Bu mənada hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva hər zaman insanların, ailələrin sevinməsinə, cəzasının müəyyən müddətini çəkmiş, törətdiyi əməldən peşman olmuş şəxslərin cəmiyyətə qaytarılmasında mühüm rol oynayıb. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya elan edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Məsələ ilə bağlı fikirlərini bölüşən Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, komissiya bu ilin aprelin 26-dan mayın 23-nə kimi 6 iclas keçirib. Keçirilən iclaslarda 600-dən artıq daxil olmuş müraciətlər müzakirə olunub, rəylər qəbul edilib. Bu rəylər müvafiq strukturlara təqdim ediləcək: “Əfv komissiyası əfv hüququnun həyata keçirilməsini təşkilati və texniki cəhətdən təmin edən bir təsisatdır. Komissiyanın qəbul etdiyi qərarlar tövsiyə xarakterli rəylərdən ibarətdir. Əfv sərəncamı ilə bağlı məsələ cənab Prezidentin konstitusion səlahiyyətində olan bir məsələdir. Son qərar ölkə Prezidenti tərəfindən veriləcək”.

Sonuncu əfv sərəncamının 2021-ci ilin mart ayında verildiyini xatırladan Ə.Nuriyev 2021-ci ilin noyabrında Amnistiya aktının qəbul edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin hüquqi təbiəti, ölkə Prezidentinin fəaliyyəti hər zaman humanizmə və sosial ədalət prinsiplərinə söykənir. “Azərbaycanın müstəqillik tarixinə nəzər salsaq, 1995-ci ildən bu günə qədər 67 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla 9 mindən artıq şəxs cəzadan tam azad edilib və ya cəzası yüngülləşdirilib. 2003-cü ildən indiyə qədər Prezident İlham Əliyev tərəfindən 35 Əfv Sərəncamı imzalanıb. Bunun nəticəsində 5 minə qədər şəxs cəzadan azad edilib və ya cəzası azaldılıb. Bu, cənab Prezidentin cəzanın humanistləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin nümunəsidir. Ümumiyyətlə, cəzaların humanistləşdirilməsi prinsipi Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm prioritetlərindən sayılır. 2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam, 2019-cu ildə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bunun bariz sübutudur. Görülən tədbirlər nəticəsində, azadlıqdan məhrumetmə cəzasının miqyası azaldı, cinayət məcəlləsində dekriminallaşmanın genişlənməsi kimi məsələlər öz həllini tapdı. 2017-2020-ci illərdə Cinayət Məcəlləsinə 600-dən artıq dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində xeyli əməl dekriminallaşıb. Bir sıra cinayətlərin cəzasına görə alternativ cəzalar nəzərdə tutulub. Eləcə də, Ədliyyə nazirliyində şərti azadetmə institutunun daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq komissiya yaradılıb. Bu komissiyanın 2013-cü ildən bu yana fəaliyyəti nəticəsində on minə qədər şəxs haqqında vaxtından əvvəl şərti azadetmə ilə bağlı rəylər verilib. Bütün bunlar Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsinin tətbiqinin nümunələridir”, - deyə Ə.Nuriyev əlavə edib.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30