5 milyard 84 milyon...
19.07.2022 [10:17]
M.FEYİZLİ
Prezident İlham Əliyev: Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır
Rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfərə imza atdı. Silahlı Qüvvələrimiz 44 gün ərzində XXI əsrin yeni, daha səmərəli müharibə modelini tətbiq etməklə düşməni diz çökdürdü və üç onillik ərzində davam edən işğal faktına son qoydu. Beləliklə, Ordumuzun gücü və qüdrəti sayəsində tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu, son 200 illik tariximizin ən şərəfli səhifələrindən biridir.
Ordunun gücləndirilməsi bundan sonra da davam etdiriləcək
Müharibənin qalib tərəfi olan Azərbaycan regionun sabitliyi və təhlükəsizliyi üçün daim yeni təşəbbüslər irəli sürür. Respublikamızın səyləri və xoş məramı regionda yeni müharibə risklərinin sıfıra endirilməsinə, etimad mühitinin möhkəmləndirilməsinə, yeni çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafa xidmət edir. Azərbaycan müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindədir. Bununla belə, eyni xoş niyyəti məğlub Ermənistan tərəfindən müşahidə etmək mümkün deyil. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, bu ölkə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək istəmir və sülh proseslərini məqsədli şəkildə yubatmağa çalışır. Məğlub ölkədə həm hakimiyyət dairələrində, həm də müxalifət düşərgəsində revanşist fikirlər səsləndirənlərin sayı getdikcə artmaqdadır. Son vaxtlarda Ermənistana məxsus hərbi birləşmələr tərəfindən atəşkəs rejimi dəfələrlə pozulub. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan hər an yenidən müharibə variantına əl ata bilər. Təbii ki, bu dəfə işğalçının cəzası daha ağır olacaq. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, “dəmir yumruq” yerindədir və düşmənin başını daha ağır zərbə ilə əzməyə hər an hazırdır.
Sülh tərəfdarı olan Azərbaycan Ermənistandakı müharibə ritorikasını nəzərə alaraq Ordunun möhkəmləndirilməsini yenə də diqqət mərkəzində saxlayır. Bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində ətraflı bəhs edib. Bildirildiyi kimi, ilin əvvəlindən bəri hərbi sahədə də islahatlar aparılıb. O cümlədən struktur islahatları həyata keçirilib, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Dövlət başçımız vurğulayıb ki, biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərclərinin daha 13.2 faiz artırılaraq 5 milyard 84 milyon manata çatdırılması nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, müdafiə xərclərinə 594 milyon manat əlavə vəsait cəlb ediləcək. Hazırda Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi dövlət büdcəsi xərclərinin 60 faizi həcmindədir. Bu, güc balansının kimin tərəfində olduğunu əyani şəkildə təsdiqləyir. “Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək” - deyə Prezident İlham Əliyev vurğulayıb.
Cəmiyyətin və dövlətin dəstəyi
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə həm cəmiyyət, həm də dövlət tərəfindən yüksək ehtiram və qayğı göstərilir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır” - deyə vurğulayıb.
Bəhs olunan müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bəlli kateqoriyadan olan ailələrə və insanlara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. Onun bildirdiyinə görə, postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada - sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.
Dünyada nadir nümunə
Azərbaycan şəhid ailələrinin, müharibə əlillərinin mənzil təminatı proqramını həyata keçirir ki, bu da bütün dünya üzrə nadir nümunələrdən biridir. Dünyada belə proqramlar reallaşdıran ölkələrin sayı çox azdır. Prezident İlham Əliyev müqayisə apararaq bildirib: “Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib”.
Bəhs olunan mənzil proqramının icrası cari ilin altı ayında da uğurla davam etdirilib. Belə ki, ilin əvvəlindən bəri bəlli kateqoriyadan olan insanlara 600 mənzil təqdim edilib. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilməsi nəzərdə tutulub. Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunun ərazisində şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Eyni zamanda, regionlarda da bu istiqamətdə işlər davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
18 Avqust 22:34

Xəbər lenti
18 Avqust 20:58

Dünya
18 Avqust 19:55

Xəbər lenti
18 Avqust 18:59

Dünya
18 Avqust 18:05

Xəbər lenti
18 Avqust 17:05

Xəbər lenti
18 Avqust 16:18

Xəbər lenti
18 Avqust 15:54

Xəbər lenti
18 Avqust 15:49

Xəbər lenti
18 Avqust 14:29

Xəbər lenti
18 Avqust 14:26

Xəbər lenti
18 Avqust 13:12

Xəbər lenti
18 Avqust 13:10

Siyasət
18 Avqust 13:08

Xəbər lenti
18 Avqust 12:58

Xəbər lenti
18 Avqust 12:57

Xəbər lenti
18 Avqust 12:54

Xəbər lenti
18 Avqust 12:52

Xəbər lenti
18 Avqust 12:49

Xəbər lenti
18 Avqust 12:48

Dünya
18 Avqust 12:02

Dünya
18 Avqust 11:47

Xəbər lenti
18 Avqust 11:20

İdman
18 Avqust 11:00

Xəbər lenti
18 Avqust 10:59

Sosial
18 Avqust 10:50

Xarici siyasət
18 Avqust 10:46

İqtisadiyyat
18 Avqust 10:44

İqtisadiyyat
18 Avqust 10:41

MEDİA
18 Avqust 10:35

İqtisadiyyat
18 Avqust 10:32

Prezident bu gün
18 Avqust 10:30

Siyasət
18 Avqust 10:29

Xəbər lenti
18 Avqust 10:25

Xəbər lenti
18 Avqust 10:22

Xəbər lenti
18 Avqust 10:07

Gündəm
18 Avqust 09:59

Gündəm
17 Avqust 23:29

İdman
17 Avqust 23:19

Dünya
17 Avqust 21:38

Xəbər lenti
17 Avqust 20:08

Xəbər lenti
17 Avqust 18:40

Xəbər lenti
17 Avqust 18:03

Xəbər lenti
17 Avqust 18:02

İdman
17 Avqust 17:00

Xəbər lenti
17 Avqust 16:43

Xəbər lenti
17 Avqust 16:19

Xəbər lenti
17 Avqust 16:16

Siyasət
17 Avqust 16:14

Dünya
17 Avqust 15:31

Dünya
17 Avqust 15:20

Xəbər lenti
17 Avqust 14:43

Xəbər lenti
17 Avqust 14:16

Xəbər lenti
17 Avqust 14:08

Gündəm
17 Avqust 13:11

Xəbər lenti
17 Avqust 12:50

Xəbər lenti
17 Avqust 12:23

Xəbər lenti
17 Avqust 11:59

Xəbər lenti
17 Avqust 11:55

Xəbər lenti
17 Avqust 11:52

Avropa
17 Avqust 11:42

Xəbər lenti
17 Avqust 10:52

Sosial
17 Avqust 10:50

Xarici siyasət
17 Avqust 10:48

Xəbər lenti
17 Avqust 10:47

Xəbər lenti
17 Avqust 10:44

Xəbər lenti
17 Avqust 10:43

İqtisadiyyat
17 Avqust 10:42

Sosial
17 Avqust 10:40

Sosial
17 Avqust 10:34
