Radikal müxalifət partiyaları sonuncu mitinq şouları ilə özlərini rüsvay etdilər
06.04.2011 [09:53]
Aprelin 2-də müxalifət düşərgəsinin fiaskosu ilə müşayiət olunan “kütləvi aksiya” bir sıra maraqlı cəhətləri ilə də yadda qaldı. Birinci növbədə onu qeyd etmək lazımdır ki, müxalifət, əslində, bu cür ucuz şoularla cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışsa da, bu mümkün olmur. Azərbaycan xalqının keçirilən seçkilərdə radikal müxalifəti birmənalı şəkildə rədd etməsi həmin partiyaların sədrlərində xalqımıza qarşı qisasçılıq hisslərinin baş qaldırmasına səbəb olur. Məhz, bu səbəbdən-xalqdan bunun qisasını çıxmaq üçün də müxalifət ölkədə siyasi sabitliyi pozmağa çalışır. Bundan başqa, nə xaricdən, nə də Azərbaycan xalqından ciddi dəstəyi olmayan bu düşərgə bəzi ölkələrdəki hadisələrdən ruhlanaraq özlərini ortaya atmaq, belə demək mümkündürsə, göstərmək üçün əllərinə fürsət düşdüyünü fikirləşib. Müəyyən illərdə özünü bir sıra xalqlarla müqayisə etməyə çalışan, bəzi zamanlarda gürcü, bəzi vaxtlarda qırğız, bəzi dövrlərdə isə ərəb olmağa üstünlük verən, bu ziddiyyətlər arasında özünü bütünlüklə məhv edən radikal müxalifət təmsilçiləri heç bir amili, reallığı nəzərə almadan özünü küçəyə atmaq üçün sıraya düzülürlər.
Azərbaycan müxalifətinin bu “rəngarəngliyi”, xaricdə baş verən hər bir hadisədən ruhlanaraq gözüyumulu halda isterik bəyanatlar səsləndirməsi düşərgənin həm xalqın, həm də onları maliyyələşdirən xarici maraqlı qüvvlərin gözündən düşməsinə səbəb olur. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, öz erməni “partnyorlarının” köməkliyi ilə xaricdə yaşayan erməni lobbisinin də yaxından dəstəyini qazanan düşərgə artıq kartlarını açır və bütünlüklə iflasa uğradığını özü də etiraf edir.
Bununla yanaşı, onlar hər zaman pafosa üstünlük verərək kütləvi aksiya təşkil edəcəklərini bildirsələr də, sonda gücləri yalnız lokal şəkildə bir neçə qrupu küçəyə çıxarmağa çatır. Bu isə onların əsl güclərini və dəstəklərini nümayiş etdirir...
Müxalifətin “kütləvi” adlandırdığı aksiyanın keçirildiyi yerdə adi günlərdə daha çox adam olur...
Qeyd etmək lazımdır ki, xarici dövlətlərin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olan “İctimai Palata” adlanan bu qurumu yaradaraq özlərini “çapından böyük” göstərməyə çalışan AXCP və Müsavat kimi partiyaların “icazəsiz aksiya” tamaşasına çıxan insanların sayı onların arxasında hansı “elektoratın” dayandığını göstərir. Bu, bir daha aprelin 2-də müxalifət qəzetlərinin həmin “aksiya”dan hazırladıqları reportajlardan, bir sıra xarici maliyyənin əsirinə çevrilmiş KİV-lərin verdikləri xəbərlərdən də görünür. Diqqət yetirilsə, bir neçə nəfərin fərqli rakurslardan çəkilən şəkilləri həmin qəzetlərin səhifələrini “bəzəyir”. Digər tərəfdən, yer seçimi məsələsiylə də onlar manevr etmək istəyirlər. Onların hay-qışqırıq saldıqları ərazi şəhərin elə bir yeridir ki, ora hər zaman izdihamın yaşandığı küçədir. Nizami küçəsi və Fəvvarələr meydanı paytaxtın mərkəzi küçələrindən biridir və bura şənbə günündə insanların istirahət məkanı sayılır. “İctimai Palata” da bu məqamdan istifadə edərək gün və yer seçimini bir-biri ilə uzlaşdırmışdı. Küçədə gəzişən, alış-veriş etmək üçün mağazalara gələn insanlar da müxalifətin nəzarətində olan qəzetlərin fotoobyektlərində “aksiya iştirakçısı” kimi qələmə verildi.
Müxalifətin “mitinq”çiləri qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər
Bundan başqa, xüsusi olaraq qeyd etmək lazımdır ki, “aksiyada” iştirak edən müxalifət təmsilçiləri özləri təxribat yaratmağa çalışır, polislə qarşıdurma yaradırlar. Hətta çəkilən şəkillərdən də açıq şəkildə göründüyü kimi polis qışqıran insana toxunmadığı təqdirdə həmin şəxslər polislərin üzərinə hücum çəkir, onlara qarşı qanuna müvafiq şəkildə tədbirlər görməyə vadar edirlər. Belə məqamda yaddaşa martın 12-də Müsavat partiyasının keçirdiyi mitinq zamanı bir nəfərin polisə hücum çəkməsi və paltarlarını bir-bir soyunması düşür. Beləsinə nə demək olar? İnsanlar özlərini bu cür ifşa edirlər.
Jurnalistlərin kütləvi dayandıqları yerdə iki-üç nəfərin yalnız polis tərəfindən saxlanmaq üçün etdiyi cəhdlər hamı tərəfindən ironiya ilə müşahidə olunurdu. İkinci bir tərəfdən, həmin insanların məhz xarici təşkilatların və səfirliklərin nümayəndələrinin dayandıqları ərazilərdə polislə qarşıdurmaya getmələrinin arxasında da fərqli mətləblər dayanırdı. Bu, onların xaricə getmək üçün özlərini bu yola atmalarından xəbər verir. Xarici dövlətlərin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olanların “icazəsiz aksiya” adlandırdığı bu tamaşa radikal müxalifətin son dərəcə miskin vəziyyətdə olduğunu həm özlərinə, həm də onları maliyyələşdirən xarici qüvvələrin oraya yığılan nümayəndələrinə göstərdi...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

