Fransanın “müstəmləkə həvəsi”...
06.01.2023 [10:52]
Rəsmi Paris Cənubi Qafqaza nüfuz etmək uğrunda oynadığı oyunlarla özünü gülünc vəziyyətə qoyur
Fransanın beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən sonra isə intensivləşdirilmiş bu siyasi “gedişlər” ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozdu. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də postmüharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Aparılan ermənipərəst siyasətin isə ardı-arası kəsilmədi - istər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə” heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Amma reallıqlar tamam başqa mənzərəni ortaya çıxarıb. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Eyni zamanda, ölkəmizin beynəlxalq dəstəyi də kifayət qədər çoxdur. Bunu Fransanın uğradığı fiaskolar da təsdiqləyir...
Frankofoniyada dəyən tərs “şillə”...
XXI əsrdə belə özünün “müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın Azərbaycana qarşı kini-küdurəti anlaşılan deyil. Bəlkə də, Azərbaycanın müstəqil dövlət kimi formalaşması, dünyada nüfuz qazanması rəsmi Parisin arzularına “uyğun gəlmir”. Məsələn, bir neçə ay öncə Fransa Ermənistana mühüm siyasi “jest” etmək istəsə də, alınmamışdı. Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da, Azərbaycanın təşkilatdakı dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi.
Ölkəmizin dostlarının fəallığını yüksək dəyərləndirən Prezident İlham Əliyev “Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur”, - deyə vurğulamışdı.
BMT-də “suya düşən arzular”...
Fransanı matəmə bürüyən daha bir qələbəmiz isə bir müddət öncə BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması oldu. Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi qatı ermənipərəst bəyanat hazırlamışdı ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət “humanitar fəlakət” kimi təqdim olunurdu. Fransa tərəfindən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edilib. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail olub ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəst bəyanata çevrilib, rəsmi Paris ondan tamamilə imtina edib. Hətta Fransanın diplomatik uğursuzluğu o yerə çatıb ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedir.
Erməni lobbisinin “səyi” ilə özünün dövlətçiliyinə, milli maraqlarına kölgə salan Fransa anlamır ki, bu kimi cəhdlərlə nəticə əldə edə bilməyəcək. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa dərk etmir ki, hər belə addımla regiondan daha da təcrid olunur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür.
Azərbaycanın gücü və qətiyyəti qarşısında bütün siyasi oyunlar fiaskoya məhkumdur
Azərbaycanın gücünün və Fransanı hətta öz meydanında belə məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Bəli, Azərbaycan hər zaman yürütdüyü xarici siyasət kursunda ikitərəfli əməkdaşlığa üstünlük verib - bu isə, dünyada dostlarımızın artmasına yol açıb. Sözü ilə imzası arasında fərq olmayan Azərbaycanın beynəlxalq müstəvidəki yeri və rolu danılmazdır - Fransa kimi ölkələr nə qədər cəhd göstərsələr də Azərbaycanla bağlı hansısa ədalətsiz və haqsız “sənədi” qəbul etdirə bilməzlər.
Azərbaycanın isə Fransaya qarşı etirazı açıq kontekstdədir - məsələn, bu ilin dekabrın 7-də Aİ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında keçirilən görüşün baş tutmasının səbəbkarının Fransa olması açıq şəkildə bildirildi - Azərbaycan Prezidenti bu faktı beynəlxalq tədbirdə açıqladı. Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi: “Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”.
Budur Azərbaycanın qətiyyəti və qəti fikri. Ölkəmiz yürütdüyü siyasətində hər zaman milli maraqlara üstünlük verir. Bizim üçün Fransanın Ermənistanın “böyük bacı”sı olması heç nəyi dəyişmir və heç nəyə də təsir etmir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Yanvar 22:37

Xəbər lenti
29 Yanvar 22:33

Xəbər lenti
29 Yanvar 20:14

Xəbər lenti
29 Yanvar 18:16

Xəbər lenti
29 Yanvar 17:41

Siyasət
29 Yanvar 17:38

Xəbər lenti
29 Yanvar 15:57

Dünya
29 Yanvar 15:25

Siyasət
29 Yanvar 13:23

Xəbər lenti
29 Yanvar 12:58

Xəbər lenti
29 Yanvar 11:52

Xəbər lenti
29 Yanvar 11:41

Xəbər lenti
29 Yanvar 11:37

Dünya
29 Yanvar 11:34

Gündəm
28 Yanvar 22:53

Gündəm
28 Yanvar 22:22

Dünya
28 Yanvar 19:40

Xəbər lenti
28 Yanvar 17:20

Xəbər lenti
28 Yanvar 16:20

Xəbər lenti
28 Yanvar 16:18

Xəbər lenti
28 Yanvar 16:15

Xəbər lenti
28 Yanvar 16:14

Xəbər lenti
28 Yanvar 16:11

Gündəm
28 Yanvar 16:09

Xəbər lenti
28 Yanvar 14:59

Xəbər lenti
28 Yanvar 14:58

Xəbər lenti
28 Yanvar 14:30

Dünya
28 Yanvar 14:15

Siyasət
28 Yanvar 14:12

Gündəm
28 Yanvar 14:10

Xəbər lenti
28 Yanvar 13:24

Siyasət
28 Yanvar 13:21

Xəbər lenti
28 Yanvar 13:18

İqtisadiyyat
28 Yanvar 12:42

Xəbər lenti
28 Yanvar 12:40

Xəbər lenti
28 Yanvar 12:25

Siyasət
28 Yanvar 12:24

Siyasət
28 Yanvar 12:19

MEDİA
28 Yanvar 11:27

Xəbər lenti
28 Yanvar 11:00

Xəbər lenti
28 Yanvar 10:55

Siyasət
28 Yanvar 10:45

Xəbər lenti
28 Yanvar 10:35

Sosial
28 Yanvar 10:33

Siyasət
28 Yanvar 10:30

Analitik
28 Yanvar 10:27

Xəbər lenti
28 Yanvar 10:25

Siyasət
28 Yanvar 10:20

Xəbər lenti
28 Yanvar 10:15

Analitik
28 Yanvar 10:10

Gündəm
28 Yanvar 10:05

Xəbər lenti
28 Yanvar 10:00

Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55
