Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İranın avantüraları

İranın avantüraları

07.01.2023 [10:46]

Molla rejimi qonşuluqda güclü Azərbaycan olmasından niyə qorxur? 

Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq Qələbə sayəsində yaratdığı reallıqlar, əslində bütün region dövlətlərinin maraqlarına cavab verir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması Cənubi Qafqazı sülh, əməkdaşlıq və təhlükəsizlik məkanına çevirmək üçün böyük fürsətlər formalaşdırıb. Gözləmək olardı ki, bütün region dövlətləri postmüharibə dövrünün reallıqlarını düzgün dəyərləndirəcək və Azərbaycanın təşəbbüslərinə dəstək verəcəklər. Ancaq biz qonşu İranın timsalında bunun tamam əksini müşahidə edirik. İran ağlagəlməz avantüralara əl atmaqla regionda gərginlik yaratmaqda maraqlı görünür.

İran üçün “qırmızı xətt”

İran rəsmiləri zaman-zaman Azərbaycanla dostluq, qardaşlıq münasibətlərindən danışırlar. Ancaq əməldə biz bunun tamam əksini görürük. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti apardığı dövrü xatırlayaq. Əslində, özünü İslam dövləti adlandıran İran əhalisinin mütləq əksəriyyətinin eyni dinə inandığı Azərbaycana haqq mübarizəsində dəstək verməli idi. Belə olmadı. İran İslam həmrəyliyini unudaraq dinc insanları qətlə yetirən, Xocalı faciəsini törədən, şəhər və kəndlərimizi dağıdan, sərvətlərimizi talayan Ermənistanın yanında yer aldı, işğalçıya hərtərəfli dəstək verdi. İndi İran rəsmiləri sərhədlərin dəyişdirilməsinin ölkələri üçün “qırmızı xətt” olduğunu bildirirlər. Əcaba, 30 il ərzində Ermənistan Azərbaycanla-İran arasındakı 132 kilometrlik dövlət sərhədini öz nəzarəti altına almışdı. Ancaq “qırmızı xətt” molla rejiminin heç yadına da düşmürdü. Əksinə, bu sərhədlərdən Ermənistana sanksiyalardan kənar məhsullar ötürülür və narkotik ticarəti aparılırdı.

Bəs dəyişən nədir ki, Azərbaycanın Qələbəsindən sonra İran yeri gəldi-gəlmədi sərhəd təəssübkeşliyindən danışır? Dəyişən bir şey yoxdur. Molla rejiminin “başağrısı” səbəbi sırf qonşuluqda güclü Azərbaycan dövləti xofudur.  Son dövrlərdə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlarını sadalasaq, uzun bir siyahı alınar. İran isə bunu istəmir...

Azərbaycanın şanlı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar İranın qorxulu röyalarından olan Türk dövlətlərinin daha sıx birləşməsi üçün imkanları artırıb. Ölkəmiz hüdudları və iqtisadi potensialı kifayət qədər geniş olan tarixi Türk coğrafiyasının bərpasında mərkəzi aktorlardan biri qismində çıxış edir.

“Azərbaycanlı” kəlməsindən uzaq durmağa çalışan rejim

İranı Azərbaycana münasibətdə əndişələndirən ən mühüm faktorlardan biri də bu ölkədəki azərbaycanlılar xofudur. İranın ərazisinin böyük bir hissəsində sayları təxminən 40 milyona çatan Azərbaycan türkü yaşayır. Onlar bu yerlərin aborigen sakinləridirlər. Azərbaycanlıları özlərinin qorxulu röyaları sayan mollalar soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirirlər. Təəccüblü haldır ki, bu ölkədə bir ovuc gəlmə erməni əhalisi üçün ana dilində təhsil almaq, qəzet və jurnallar buraxmaq imkanları yaradılıb. Böyük bir toplum olan aborigen azərbaycanlılar isə bütün bu hüquqlardan məhrum qalıblar. Belə qara niyyəti doğuran səbəblər bəllidir. Daxildə 40 milyonluq Azərbaycan türkü və qonşuluğundakı müstəqil Azərbaycan dövlətinin mövcudluğuna görə rejim iranlı soydaşlarımızın ən adi hüquqlarını belə tanımaq istəmir. İranda çoxmilyonlu azərbaycanlılar xofu o həddə çatıb ki, rejim “azərbaycanlı” sözündən ilan vuran ala çatıdan qorxan kimi ehtiyatlanır. İranın ölkəmizdəki səfirliyinin önündə belə “Azərbaycan” sözü yazılmayıb. Bunun hansısa bir izahı varmı?

Ancaq İran rejiminin tarixi yer adlarını farslaşdırmaq, soydaşlarımızın yaşadıqları ərazilərin etnik tərkibini dəyişmək, burada qondarma ostanlıqlar yaratmaq, “Azərbaycan” sözünü mümkün qədər az işlətmək kimi avantüraları iflasa məhkumdur. Qan yaddaşı burada yaşayan azərbaycanlıları heç vaxt tərk etməyib və onlar həmişə azadlıq uğrunda mücadilələr aparıblar. Hazırda İranda yeni bir dönəm başlanıb. 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan proseslərdə azərbaycanlılar da böyük fəallıq nümayiş etdirirlər. Bu proseslər fonunda, nəhayət,  azərbaycanlı kimliyinin buxovlarının da sındırılacağı, soydaşlarımızın tarixi haqlarına qovuşacaqları tam realdır.

ABŞ və İsrailin regionda güclənməsindən yaranan qısqanclıq

Regiondakı yeni reallıqlar fonunda İsrailin və ABŞ-ın Cənubi Qafqazda mövqelərini möhkəmlətmələri İranı əndişələndirən digər bir amil qismində çıxış edir. Azərbaycanın hər iki ölkə ilə münasibətləri yüksək səviyyədədir. ABŞ Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesini təşviq edir. İsrailə gəldikdə isə, bu ölkə bir növ Azərbaycanın təbii müttəfiqinə çevrilməkdədir. İsrail İrandan fərqli olaraq ərazi bütövlüyünün bərpası uğrunda haqq mübarizəsi aparan Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdi. Getdikcə möhkəmlənən dostluğun və əməkdaşlığın əlaməti olaraq Azərbaycan bu ölkədə səfirliyinin açılması ilə bağlı qərar verib.

ABŞ və İsrailin regionda güclənməsi İran rejiminin təmsilçilərində qısqanclıq hisslərini alovlandırıb. Onlar bu iki ölkənin Cənubi Qafqazda möhkəmlənməsini özləri üçün böyük təhlükə saydıqlarını açıq mətnlə dilə gətirirlər. 

İranın əzələ nümayişi

İranın sərgilədiyi avantüralar sırasında bu ölkənin Azərbaycana zaman-zaman əzələ nümayiş etdirməyə çalışmasını xüsusi qeyd edə bilərik. Təkcə son vaxtlarda İranın silahlı birləşmələri Azərbaycanla sərhədlərin yaxınlığında bir neçə dəfə hərbi təlimlər keçirib. Belə hərbi təlimlərdən biri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsinə təsadüf etdi. Əslində, sözügedən hərbi təlimlərin tarixi məqsədli şəkildə seçilmişdi. Azərbaycanda böyük hörmət bəslənilən R.T.Ərdoğan respublikamıza xoş niyyətlə - Zəngilanda hava limanının açılışına qatılmaq məqsədilə gəlirdi. İran rejimi isə bunu sinirə bilmədi və tez-tələsik hərbi təlimlərə başladı.

Ötən ilin son günlərində İranın silahlı qüvvələri Azərbaycanla sərhədlərin yaxınlığında “Zolfakar-1401” iri hərbi təlimlərə başlayıb. Hərbi manevrləri koordinasiya edən admiral Həbibullah Səyyari təlimlərin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması və keçirilməsi səviyyəsini yüksəltmək olduğunu qeyd edib. İranın general-mayoru Qulaməli Rəşid isə bildirib ki, İran İsrailə öz ərazilərində “bazalar qurmağa” icazə verən ölkələrə hücum etməkdən çəkinməyəcək. Generalın fikirləri İRNA-da yayılıb və oradakı məzmuna görə, İsrail rejimi ilə əməkdaşlıq edən, bu ölkəni baza, obyektlərlə təmin edən istənilən ölkə silahlı qüvvələrin hədəfinə çevriləcək.

Əlavə şərhə ehtiyac yoxdur. İranın torbasında qara pişik olduğu aydın şəkildə görünür.

MÜBARİZ

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28