Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident təsdiqlədi

Prezident təsdiqlədi

13.01.2023 [10:22]

Yeni Qanun siyasi partiyalara nə vəd edir?

Nardar BAYRAMLI

Prezident İlham Əliyev yanvarın 11-də “Siyasi partiyalar haqqında” qanunu təsdiqləyib. Yeni qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun qüvvəyə mindiyi üçün 3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun ləğv edilib. Xatırladaq ki, Milli Məclis dekabrın 16-da qanunu üçüncü oxunuşda qəbul edib. Yeni qanunun məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Sənədin hazırlanması zamanı  Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub.

Qeyd edək ki, bu sənədin geniş ictimai müzakirəsi təşkil olunub, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təklif və rəyləri nəzərə alınıb. Bütövlükdə, layihəyə 70-ə qədər düzəliş edilib. Müzakirələr çərçivəsində  partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və sair məsələlərə dair müddətlərlə bağlı dəyişikliklər edilib. Yeni qanunda sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Qanunda seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Sənəddə  hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.

Qanunun ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.

Partiyaların rolu artırılmalıdır

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili  Elşən Musayevin fikrincə, siyasi partiyalar haqqında  yeni qanun bütünlükdə siyasi sistemin inkişafı  üçün müsbət təsir göstərəcək. Çünki təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var idi. “Əslində, məlum mövzu ilə bağlı müzakirələr xeyli əvvəl başlamışdı. Bir neçə ildir ki, yeni qanuna ehtiyacın olduğunu vurğulayırdıq. Sonra isə siyasi partiyalar prosesi rəsmi müraciət səviyyəsinə qədər çatdırdı və həmin müraciətə Milli Məclisin sədri səviyyəsində müsbət reaksiya bildirildi. Üstəlik, xüsusi olaraq qeyd etmək istəyirəm ki, məsələnin aktiv formada gündəmə gəlməsi və yeni qanunun hazırlanması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların hamısı yekdil təşəbbüslə çıxış etdi”,-deyən E.Musayev əlavə edib ki, bu faktın özü ümumi rəyin və arzunun mövcudluğundan xəbər verir.

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri siyasi partiyaların cəmiyyət həyatında iştirakçılıq səviyyəsinin artması olmalıdır: “Rəhbərlik etdiyim partiya da qanunla bağlı öz təkliflərini parlamentə təqdim etmişdi. Müzakirələrin gedişində partiyaların bir çox təklifləri nəzərə alındı. Hesab edirəm ki, yeni qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.

Siyasi dialoq mühiti inkişaf edəcək

“Siyasi partiyalar haqqında” Qanun ölkədə fəaliyyət göstərən partiyaların siyasi proseslərdəki iştirakını tənzimləyən, onların cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə əks etdirən qaydalar, prinsiplər və normalar məcmusudur. 1992-ci ildə qəbul edilmiş qanun günümüzün tələblərinə tam şəkildə cavab vermirdi. Çünki Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı parlaq Zəfərdən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkədə yeni reallıqlar, yeni münasibətlər, yeni mühit formalaşıb. Bütün bunlar isə heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” qanunun da yenilənməsini tələb edirdi. Bu fikirləri isə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, yeni qanunun qəbul olunması və dövlət başçısı tərəfindən təsdiqlənməsi olduqca əhəmiyyətli məsələdir. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsində ölkədə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət dialoqu real məzmun almağa başlayıb, cəmiyyətdə siyasi konsensus və milli birlik, həmrəylik mühiti formalaşıb, yeni siyasi açılımlar və islahatlar üçün əlverişli zəmin yaranıb. Siyasi partiyalar üçün normal mühit və imkanlar yaradılmaqdadır. Məsələn, siyasi partiyaların qeydiyyatının asanlaşdırılması və fəaliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra praktik addımlar atılıb. Partiyaların bir çoxu dövlət tərəfindən yeni mənzil-qərargahlarla təmin edilib. Partiya sədrləri dövlətin və hakim partiyanın təşkil etdiyi tədbirlərə dəvət edilir. İqtidar və müxalifət partiyalarının onlayn və real formatda görüşləri keçirilir, işğaldan azad edilmiş ərazilərə birgə səfərləri təşkil olunur.

Ə.Hüseynov qeyd edib ki, siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolu, çəkisi get-gedə artmaqdadır və bu istiqamətdə növbəti addımların da atılacağı gözlənilir: “Bu baxımdan, dövlət başçısı tərəfindən təsdiq olunmuş  “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin tam olaraq oturuşmasına xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq”.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28