KTMT şərti sərhədə missiya göndərmək istəyir?
05.04.2023 [10:36]
Azərbaycan qəbul etmir, Ermənistan isə ...
Avropa İttifaqının monitorinq missiyası iki illik müddətə Ermənistana göndərildikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da bu ölkənin Azərbaycanla şərti sərhədinə öz missiyasını göndərmək istəyir. Belə ki, təşkilatın nümayəndəsi Yuri Şuvalovun dediyinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır”. O bildirib ki, KTMT Ermənistanın “təhlükəsizliyi naminə” bu addımı atmağa hazırdır. KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və “bu sahədə problem yoxdur”. Amma Şuvalov konkret hansı yardımlardan söhbət getdiyini açıqlamayıb.
Nardar BAYRAMLI
Rəsmi İrəvan KTMT-dən narazıdır
Əslində, KTMT-nin Ermənistana “sərhəd missiyası” göndərməyə hazır olması ilə bağlı bundan əvvəl də təşkilatın rəsmiləri tərəfindən səsləndirilib. Amma reallıqda bu, hələ də baş tutmayıb. Səbəb isə Ermənistan hakimiyyətinin təşkilatdan narazı olmasıdır. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, blokun ölkəsindən çıxdığını söyləmişdi. Narazılığın yaranmasına əsas səbəb isə ötən ilin 12-14 sentyabrında Ermənistanla Azərbaycan arasında şərti sərhəddə baş verən hərbi toqquşma ilə bağlıdır. Həmin vaxt Azərbaycan ordusu Ermənistanın hərbi təxribatlarının qarşısını aldı və yeni mövqelərə nəzarət tədbirləri həyata keçirdi. Ermənistan isə “rus NATO-su” adlandırılan KTMT qarşısında şərt qoydu ki, 12-14 sentyabr hadisələri “Azərbaycanın təcavüzü” kimi tanınmalıdır. Amma KTMT-nin dövlət başçıları şurasının toplantısında təşkilat haqlı olaraq Ermənistanın bu tələbini qəbul etmədi. Bundan sonra Ermənistanda KTMT əleyhinə kampaniyalar başladı.
Qərbin “adamı” Aİ missiyasına üstünlük verir
Qərbin adamı kimi Nikol Paşinyan bundan sonra Avropa İttifaqının monitorinq missiyasına üstünlük verdi. Avropa İttifaqının iki illik missiyası artıq fevral ayından Ermənistanda fəaliyyətə başlayıb. Bu missiyanın Ermənistana gəlməsindən sonra rəsmi İrəvanın KTMT ilə əməkdaşlığa marağı azalıb və sözügedən sahədə təşkilatın mövqeyini nəzərə almır. Üstəlik, Rusiyanın Gümrüdəki hərbi bazasının qarşısında bir neçə dəfə etiraz aksiyasının keçirilməsi, KTMT katibinin müavini vəzifəsinə öz namizədini verməkdən imtina etməsi Ermənistanın təşkilata qarşı soyuq münasibətinin göstəricisidir. Bu, həm də, o deməkdir ki, Paşinyan hakimiyyəti Qərblə əməkdaşlığa üstünlük verir. Yeri gəlmişkən, rəsmi Moskva Ermənistanın belə mövqeyini xoş qarşılamır. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirmişdi ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir: “Bu cəhdlərdə biz Qafqazda münasibətlərin real tənzimlənməsi maraqlarından uzaq, müstəsna geosiyasi kontekst görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”. Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil: “Brüssel bu sahədə uğurları ilə özünü tərifləyə bilməz. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovo əyalətindəki missiyasını götürək. Aİ-nin Ermənistandakı yeni missiya ilə bağlı qərarını dəyərləndirərkən bunu nəzərə almaq lazımdır”.
Nəzərə alaq ki, KTMT-nin şərti sərhədə missiya göndərmək istəyi bugünlərdə Ermənistanla Azərbaycanın nümayəndələrinin görüşməsi xəbərindən sonra yayılıb. Bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamışdı. “Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunurdu.
Ermənistan KTMT-dən xilas ola biləcəkmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Avropa İttifaqının missiyası adı altında Ermənistanda Qərbin casus şəbəkəsi yerləşib. Həmin şəbəkənin məqsədlərindən biri həm də Ermənistan ərazilərindən Rusiyaya qarşı kəşfiyyat-diversiya hərəkətləri etməkdir. Rusiya siyasi elitası Ermənistanın bu hiyləgər planlarının yaxşı fərqindədir. Bu səbəbdən də KTMT missiyası adı altında Ermənistan ərazilərində yeni hərbi mövcudluq yaratmağa çalışır. Onun fikrincə, KTMT missiyası indiki məqamda Ermənistanda olmayacaq. Çünki Paşinyan Gümrüdəki Rusiya hərbi bazasına rəqib kimi ölkəyə Avropa İttifaqının missiyasını gətirib. Belə olan təqdirdə Qərb-Rusiya geopolitik qarşıdurması indi Ermənistan ərazilərində növbəti cəbhəni formalaşdırır.
Politoloq hesab edir ki, Ermənistan hər vəchlə KTMT-dən xilas olmağa çalışır: “Lakin Ermənistanın dövlət müstəqilliyi kövrək olduğundan KTMT-dən qopmağa gücü və iradəsi çatmır. Azərbaycan isə öz sərhədlərinin yaxınlığında hansısa qondarma missiyaları əsla qəbul etmir. Bununla bağlı açıq mövqeyimiz var. Bu missiyalar başqa niyyətlərlə Ermənistanda özlərini göstərirlər. Bu səbəbdən də iki ölkə arasındakı şərti sərhədə hansısa xarici qüvvələrin yerləşdirilməsinə rəsmi Bakı razı deyil”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

