/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşüb
29.06.2011 [09:37]
Qonaqları səmimi salamlayan Azərbaycanın birinci xanımı səfirlərin xanımları ilə görüşməkdən məmnunluğunu bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycanın birinci xanımı ilə görüşmək fikri səfirlərin xanımlarından ibarət qrupun toplantılarından birində səslənib. Qrupun fəaliyyətində xeyriyyəçilik işləri əsas yer tutur və bu məqsədlə də xanımlar Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı fəaliyyətlə yaxından tanış olmaq istədiklərini bildiriblər. Qrup üzvləri Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti barədə məlumatlı olduqlarını, lakin aparılan işlər barədə daha çox öyrənmək istədiklərini diqqətə çatdırıblar.
Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışıb. Bildirib ki, Fondun əsas amalını xeyriyyəçilik təşkil edir. Qurumun layihələri əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, ilk növbədə xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olan uşaqlara kömək göstərilməsinə yönəlib. Fondun nail olduğu əsas məqsəd isə cəmiyyətin diqqətini mühüm məsələlərə cəlb etməkdir.
Heydər Əliyev Fondunun prezidenti səfirlərin xanımlarının diqqətinə çatdırıb ki, Fondun himayəsi altında həyata keçirilən aksiyalar sırasına qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikamızdakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi də daxildir.
Azərbaycanın birinci xanımı qeyd edib ki, Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır.
Mehriban xanım Əliyeva ilə görüşdə səfirlərin xanımları Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.
Səfirlərin xanımları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Səmimi söhbət çay süfrəsi arxasında davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28

