Fransanın Natali Luazosu...
24.06.2023 [10:30]
Onun Laçın-Xankəndi yolunda nə işi var?
Nardar BAYRAMLI
Ermənistan və onun xarici havadarları Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətə yanlış məlumatlar verməkdə davam edirlər. Buna nümunə kimi Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri, fransız Natali Luazonun Ermənistana səfəri çərçivəsində Laçın dəhlizi haqqında fikirlərini göstərmək olar. Belə ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nın Ermənistandakı səfiri Andrea Viktorin Natali Luazonun başçılıq etdiyi nümayəndə heyətini Zəngəzurun Qarakilsə şəhəri yaxınlığındakı hava limanında qarşılayıb. Onların məqsədi Aİ missiyasının müşahidəçiləri ilə birlikdə Laçın dəhlizi istiqamətindəki patrul missiyasını “ziyarət” etməkdir. Ermənistana səfəri zamanı keçirilən mətbuat konfransında Natali Luazo iddia edib ki, Laçın dəhlizinin “bağlanması” qanunsuzdur və buna son qoyulmalıdır.
Erməni lobbisinin fəal üzvü
Qeyd edək ki, Natali Luazonun erməni canfəşanlığı onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır. Avropa Parlamentində erməni lobbisinin əsas nümayəndələrindən biri Luazo əvvəllər Fransa Xarici İşlər Nazirliyində mühüm postlarda çalışıb. 2019-cu ildə bu postu tərk edən Luazo Avropa Parlamentinə üzv seçilib. Luazo Avropa Parlamentində Azərbaycanın əleyhinə kəskin bəyanatları və ermənilərin müdafiəçisi kimi etdiyi çıxışları ilə tanınıb. Bu dəfə də fransalı deputat yenidən ermənilərə dəstək vermək üçün Ermənistana gəlib. O, İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərdə Laçın-Xankəndi yolunun “bağlanması” ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib. Erməni lobbisinin təmsilçisi olan Natali Luazonun təcili İrəvana səfəri də məhz bu məqsədə xidmət edir. Hətta Luazo vəziyyəti “yerində öyrənmək” üçün Laçın dəhlizinə səfər etmək iddiasına düşüb. Amma Natali Luazo Laçın-Xankəndi yolunda vəziyyəti öyrənmək üçün həmin bölgəyə yalnız Azərbaycan ərazisindən keçib gedə bilər. Bundan başqa, o, səfərinin məqsədilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Dövlət Sərhəd Xidmətinə və digər rəsmi orqanlara müraciət etməlidir. O, bunu edəcəkmi? Yəqin ki, yox. Ona görə də, fransız Luazonun Laçın-Xankəndi yoluna daxil ola bilməsi mümkünsüzdür. Fransız xanım digər əcnəbilər kimi Azərbaycanın Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə uzaq məsafədən baxmaqla kifayətlənəcək.
Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağda humanitar vəziyyətin “pisləşməkdə” davam etdiyini iddia edib. Paşinyan əssassız olaraq deyib ki, “Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsi və məhkəmənin qərarının icrasının təmin edilməsi beynəlxalq gündəm məsələsidir və problemə bu məntiqlə yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu qərarın yerinə yetirilməməsi və ona məhəl qoyulmaması humanitar böhrana gətirib çıxarıb”.
Səbəbkar bəllidir
Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq Nikol Paşinyanın Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq “qeyri-qanuni blokada” tətbiq etməsinə dair cəfəng fikirlərini rədd edib: “Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvafiq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz iyunun 15-də Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə “humanitar böhran” olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur”.
Ermənistan-Fransa cütlüyü məqsədinə çatmayacaq
Otuz ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümunəsidir. Bu prosesdə Fransanın erməni tərəfinə dəstək verməsi isə yolverilməzdir. Məlumdur ki, Ermənistan-Fransa cütlüyü Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda “beynəlxalq mexanizm”in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin “hüquqları və təhlükəsizliyi” məsələlərini gündəmdə saxlamağa çalışır. Amma erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır.
Natali Luazonun timsalında Fransanın qeyd edilən məsələdən ənənəvi qərəzli siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir. Fransa və onun bacısı olan Ermənistan tərəfindən səsləndirilən, Azərbaycanın suverenliyini hədəf alan fikirlər yolverilməzdir. Məlumdur ki, Fransa Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, bu ölkənin regionla bağlı mövqeyi sülh və əməkdaşlığa deyil, daha çox Türkiyə və Azərbaycana qarşı yönəlib. Fransanın Laçın yolu ilə bağlı yanaşması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Bu isə bölgədə sülhün təmin olunmasına xidmət etmir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

