Mətbuat Şurasının "Xural" qəzeti ilə bağlı bəyanatı
23.09.2011 [10:24]
“Xural” qəzetində əvvəllər də Mətbuat Şurası barədə həqiqətə söykənməyən yazılar, qərəz və təhqirlər dərc edilib. Lakin bu proses Şuranın İdarə Heyətinin 19 sentyabr 2011-ci il tarixli iclasının qərarından sonra daha intensiv şəkil alıb. MŞ İdarə Heyəti həmin gün ölkənin müxtəlif bölgələrindən quruma daxil olan şikayətləri araşdıraraq “Xural” qəzetinin adını Mətbuat Şurasının “qara siyahı”sına daxil edib. Qərarın çıxarılmasında bu kütləvi informasiya vasitəsi barədə MŞ-nin Şikayətlər üzrə Komissiyasının, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsas götürülüb.
İndiyədək Mətbuat Şurasının təcrübəsində bir nəşr barədə 6 şikayətə eyni gündə baxılması təcrübəsinə rast gəlinməmişdi. Bu mənada “Xural” birincidir. Mətbu orqan son bir neçə ildə haqqında Şuraya müraciət ünvanlanan qəzetlərin sırasında da ön mövqedə dayanır. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən şikayətçilər “Xural”ın hədə-qorxularından, şantajlarından, jurnalist peşəsi ilə bir araya sığmayan cılız hərəkətlərindən və həmin hərəkətlərin çoxalaraq əndazədən çıxmasından narazılıqlarını bildiriblər. Şuradan mətbu orqana ünvanlanan məktublarda qəzet rəhbərliyi cavabdeh qismində MŞ-yə dəvət olunub, şəxsən Ə.Zeynallıya qurumun Şikayətlər üzrə Komissiyasının iclasında iştirakla bağlı çağırışlar edilib. Lakin qarşı tərəf məsələyə əhəmiyyətsiz yanaşaraq “Xural”ın Mətbuat Şurasının üzvü olmadığını və buna görə də Şuranın kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətə baxmaq səlahiyyətinin çatmadığını əsas gətirib. Halbuki bir çoxları kimi, Ə.Zeynallıya da məlum olmamış deyil ki, MŞ ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Nizamnaməsinə, eləcə də “Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları”na istinadən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet, jurnal və informasiya agentlikləri) ilə bağlı şikayətlərə baxa bilər. Qurum “Xural”ın “qara siyahı”ya salınması barədə qərar çıxararkən də səlahiyyətlərini rəhbər tutub. Ona əsaslanıb ki, bu mətbu orqanın indi MŞ İdarə Heyətinin üzvlərinə qarşı başladığı təhqir, böhtan, aşağılama kampaniyası əslində cəmiyyətin demək olar, bütün təbəqələrinin təmsilçilərinə ünvanlanmış tərzdə davam etdirilir və qəzet “ampulasına” sadiqdir. Nəşr hərəkətləri ilə sanki birgə yaşayışımızla bağlı, hörmətlə yanaşdığımız bütün dəyərlərə açıq demarş xətti tutub.
Mətbuat Şurası “Xural” qəzetinin ucuz populizm yaratmaq, Ə.Zeynallının özünü fədakar, qəhrəman obrazında təqdim etmək istəyini təkcə MŞ İdarə Heyətinin üzvlərinə qarşı deyil, nəşrdən haqlı narazılıq bildirən bütün şəxslərə yönələn bağışlanılmaz halları ört-basdır etmək cəhdi kimi dəyərləndirir. Redaksiya təkcə bir yazısına deyil (redaksiya bu günlərdə bir yazısına görə üzr istəyib), MŞ-də müzakirə olunan 6 şikayətə səbəb məqalələrdəki nalayiq təqdimatına görə də orada adları çəkilən şəxslərdən üzr istəməli, təkzib verməlidir.
“Xural”ın mövqeyi ölkədə qərarlaşan söz və mətbuat azadlığı prinsiplərindən sui-istifadədir, şəxsi mənafe və məqsədlər naminə bəşəri dəyərlərlə imitasiya yoludur. Mətbuat Şurası 8 illik fəaliyyəti boyunca belə dəst-xəttə malik olanları çox görüb, onlarla mübarizədə uğur qazanmağı bacarıb. çünki qurumun müdafiə etdiyi prinsiplər düzgünlüyə, saflığa çağırış ruhludur və mediamızın nəsillərə örnək təmiz adının özünə qaytarılmasına yönəlib. Bu yolda “Xural” və onun kimilər hər hansı maneə yaratmaq iqtidarında ola bilməzlər.
“Xural” və baş redaktoru Ə.Zeynallı ölkənin media cameəsində Mətbuat Şurasının adı və nüfuzu ilə bağlı prosesləri görməməklə, yaxud özünü görməməzliyə vurmaqla sivil mətbu mühitdən təcrid vəziyyətə düşüb. Bəyanatımız bütün bunların nəşr barədəki müzakirələrin media müstəvisindən tədricən çıxmağa gətirdiyini bildirmək zərurətindən qaynaqlanır. İctimaiyyətin bizi düzgün başa düşməsini istərdik - məsələdə tək səbəkar məhz “Xural” qəzetidir.
Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı həqarət, onları seçən ölkə jurnalistlərinə yönələn münasibətin ifadəsidir. Belə münasibət üçün adekvat cavab yalnız hüquqi müstəvidə ola bilər. Bu, bizim son seçimimizdir.
Bəyanat Azərbaycan Mətbuat Şurasının 22 sentyabr 2011-ci il tarixli iclasında müzakirə edilərək qəbul olunub
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28

