Türkiyə qlobal “orbitr” rolunda...
08.08.2023 [10:40]
Ankara həm də yeni dövrün iqtisadi - siyasi tənzimləyicisidir
Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi dünyada yeni siyasi-hərbi vəziyyəti müəyyənləşdirməsi ilə seçilir. Ötən dövr ərzində Avroasiyanın mərkəzində davam edən dağıdıcı müharibə həm də iqtisadi - sosial çətinliklər formalaşdırıb. Hər iki tərəf üçün on minlərlə insan tələfatı, dağıntılar və iqtisadi itkilərlə müşayiət olunan bu qarşıdurmadan nəticə hasil olmur - əksinə, siyasi ekspertlər get-gedə vahid fikir ətrafında toplanır ki, bu kimi müharibələrdə udan tərəf olmur. Bu müharibə dünyaya iqtisadi geriləmə, qorxunc nüvə ritorikası və siyasi-hərbi qütbləşmədən başqa heç nə verə bilməyəcək. Maraqlıdır ki, müharibədən daha çox əziyyət çəkən tərəflər hələ də “israrlı” görünür və hərbi eskalasiyanı davam etdirmək niyyətlərini gizlətmirlər - bunun qarşılığında isə onların hərbi toqquşmaları dünyanın ərzaq təhlükəsizlyinə, xüsusilə taxıl təminatına mənfi təsirləri ilə seçilir.
Bu qanlı döyüşlərin dayandırılması istiqamətində cəhdlər isə dünyanın iqtisadi düzəninin nizamlanmasına veriləcək töhfədir. Hazırki dövrdə bu “orbitr” funksiyasını yalnız Türkiyə “üstlənib”. Rəsmi Ankara müharibənin dayandırılması, danışıqlar mərhələsinə keçidlə bağlı mütəmadi olaraq çağırışlar edib və edir. Hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə nümayəndələri hələ də ümidli görünürlər. Əks halda...
Putinin Türkiyəyə səfəri...
Ümumiyyətlə, Türkiyənin son bir neçə ildəki qlobal müstəviyə transfer edilmiş fəaliyyəti bir çox uğurları ilə seçilib. Rusiya - Ukrayna müharibəsinin dayandırılması, ən azı humanitar danışıqların başladılması, taxıl sazişinin ərsəyə gəlməsi məsələlərindəki fəaliyyəi isə xüsusilə səciyyələnir. Taxıl sazişi ilə bağlı məsələ artıq bir aydır ki, yenidən sual altında olmasına baxmayaraq, prosesin inkişafı mühüm perspektivlərdən xəbər verir. Belə ki, bir müddətdir Rusiya ilə Ankara arasında soyuq münastibətlərlə bağlı iddialar səsləndirilir. Tərəflər bu kimi halın olmadığını bildirsə, Rusiya aktiv müzakirələrə Türkiyədəki seçkilərlə bağlı ara verildiyini söyləsə də, beynəlxalq ictimaiyyət öz fikrində qalır - buna əsas kimi isə son dövrlər Kremlin taxıl sazişi ilə bağlı razılaşmadan çıxması, Afrika ilə bağlı aktiv siyasi proseslər başlatması, Suriya ilə bağlı yeni məsələlərin ortaya çıxması göstərilir. Hətta Finlandiyanın NATO-ya üzv olmasına Ankaranın yaşıl işıq yandırması, Türkiyənin “Azov” komandirlərini Zelenskiyə təhvil verməsi məsələsi də o qədər “yada düşmür”.
Nəhayət ki, regional prosesə əsas istiqamətverici güclərdən sayılan bu iki dövlət arasında münasibətlər yenidən yaxınlaşır - bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışması da bunu bir daha təsdiqləyir. İki lider “Taxıl sazişi” haqda, regional proseslər barədə danışıblar. Prezident Ərdoğan Putinlə görüşündə “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulayıb. Liderlərin telefon danışığında Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəlinib. Məlumata görə, səfər qısa müddət ərzində baş tutacaq və ilkin hazırlıqlar başlayıb.
Türkiyə yenidən “regional açar” rolunda...
Məsələ ilə bağlı müxtəlif açıqlamalar səsləndirilir. Hətta Türkiyədəki mənbələrə “istinad” edən bəzi dairələr iddia edir ki, yaradılan “soyuqluq fonu” sadəcə, görüntüdür və Putinin Türkiyəyə səfəri bütün suallara cavab verəcək. Eyni zamanda, taxıl daşınması məsələsi də qarşıdakı dövrün ən aktiv müzakirə predmeti sayılır. Maraqlıdır ki, Türkiyə bu məsələ ilə bağlı da alternativ fikirlər səsləndirir. Məsələn, Prezident Rəcəb Tayib Ərdoğan açıqlamasında Türkiyənin Qara dənizlə Rusiyadan aldığı taxılı una çevirəcəyini və Afrika ölkələrinə göndərəcəyini bildirib. O, Türkiyənin Afrika ölkələrinə taxılın az çatması məsələsində Rusiya ilə eyni mövqedə olduğunu deyib: “Biz Rusiya ilə eyni tərəfdəyik. Rusiyanın Qara dəniz dəhlizi ilə göndərdiyi taxılı biz üyüdüb un edəcək, daha sonra onu Afrikanın kasıb ölkələrinə, inkişaf etməkdə olan ölkələrə göndərəcəyik”.
Qeyd edək ki, Ərdoğan Rusiya taxılını una çevirərək Afrika ölkələrinə göndərmək təklifini ilk dəfə bu ilin yanvar ayında irəli sürüb. Hətta həmin dövrdə taxılın daha çox inkişaf etmiş ölkələr tərəfindən alınması əsaslı narazılıq yaratmışdı və bu da dünya bazarında çörəyin qiymətinin artmasına yol açmışdı. Beləliklə, Türkiyə yenidən özünün qlobal lider simasını və nüfuzunu ortaya qoyur, çıxış yolu müəyyənləşdirir və ehtiyacı olan ölkələrin nicatına çevrilir.
Yeni siyasi nizam...
Göründüyü kimi, Türkiyənin regional proseslərdə sabitləşdirici faktor kimi rolu prosesdə daha qabarıq hiss edilir. Eyni zamanda, Türkiyənin statusu münaqişənin həlli ilə bağlı mühüm siyasi zəmin formalaşdırır. Belə ki, NATO-nun əsas güclərindən sayılan, Avropa İttifaqına üzvlüklə bağlı isə illərdir ki, “növbə” gözləyən Ankara Rusiyaya qarşı hərbi koalisiyada yer almayaraq, tam əksinə sabitləşdirici vasitəçilik missiyasını üstlənib. Bu, rəsmi Ankaranın problemin həllində iştirak metodunu da müəyyənləşdirmiş olur. Xronoloji ardıcılllığa nəzər yetirdikdə seçilən bu yolun düzgünlüyü və hazırki siyasi nizama müsbət təsiri ortaya çıxır:
- Türkiyənin problemin həllinə tənzimləyici yanaşması regionda qüvvələr balansını qoruyub - Rusiyanın Türkiyəyə olan etimadı “nüvə ritorikası”nın yumşaq leksikonla ifadəsini təmin edib.
- Humanitar danışıqlar siyasi anlaşmanın ilkin mərhələsinə çevrilib. Bu mənada Türkiyənin vasitəçiliyi hər iki tərəf üçün sərfəli sayıla bilər.
- Qlobal ərzaq böhranının qarşısının alınmasında Türkiyənin rolu danılmazdır. Taxıl sazişi ilə bağlı bütün addımlar rəsmi Ankaranın, Prezident Ərdoğanın səyi və nüfuzu sayəsində reallaşdı;
- Türkiyə sabitləşdirici faktor olmaqla regionun yeni güc mərkəzi funksiyasını üstlənir.
Beləliklə, son illərin ən böyük hərbi qarşıdurmasının sülh tənzimləyicisi kimi çıxış edən Türkiyə, eyni zamanda, regional və qlobal miqyasda “xilaskara” çevrilib. Nəzərə alsaq ki, bir sıra Qərbi və Şərqi Avropa ölkələri heç də Rusiyaya qarşı hərbi koalisiyaya “ürəklə” daxil olmayıb (bəziləri ümumiyyətlə daxil olmayıb) və özünün iqtisadi gələcəyini düşünməkdədir, onlar Türkiyənin prosesi dayandırmaq, hətta döyüş meydanından sülh masasına daşımaq səylərini yüksək qiymətləndirir. Bu isə özlüyündə Ankaranın Qərbdəki dayaqlarını möhkəmləndirir, onun sıradan bir tərəfdaş olmadığını, beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzi kimi rolunu və yerini müəyyənləşdirir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40

