YAP-ın nümayəndə heyəti Çində beynəlxalq partiyalararası konfransda iştirak edib
12.09.2023 [18:39]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Sentyabrın 12-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çinhay Əyalətinin Partiya Komitəsinin katibi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü Çen Qanın bu ölkədə səfərdə olan xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə iştirak edib. Görüşdə Çin Xalq Respublikasının inkişaf yolundan və qazanılan nailiyyətlərdən, həmçinin qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib.
Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri üçün nahar verilib. Nahara qatılan YAP nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun ÇKP Mərkəzi Komitəsinin üzvü, ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciençao ilə söhbəti zamanı Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, ölkə liderlərinin əlaqələrin dərinləşməsində müstəsna rolunun əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan-Çin münasibətlərinin hazırkı durumu və perspektiv imkanlardan danışılıb. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğu xatırladılıb, Zəngəzur dəhlizinin reallaşdırılmasının regional və beynəlxalq önəmi diqqətə çatdırılıb. Söhbət zamanı Çin və Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində sərgilədikləri mövqeyin dəyişməz olduğu vurğulanıb. Eyni zamanda, YAP-ÇKP əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafındakı rolundan söz açılıb.
Daha sonra YAP-ın nümayəndə heyəti "Çin modernləşməsi: cəmiyyət və təbiətin harmoniyası" adlı sərgini ziyarət edib, eyniadlı partiyalararası beynəlxalq konfransda iştirak edib. Konfransda Çin modernizasiyasının səciyyəvi xüsusiyyətləri barədə təqdimat olub. Çıxışlar zamanı vurğulanıb ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Bundan başqa, Çinin ekologiyanın qorunması sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumat verilib.
Həmin gün YAP-ın nümayəndə heyəti Sançyanyuan Təbiət Qoruğu və Ekologiya üzrə Böyük Məlumat Mərkəzini də ziyarət edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10

