Reinteqrasiya istiqamətində intensiv dialoq aparılır
28.09.2023 [10:00]
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanın Qarabağ bölgəsində separatçı qüvvələrin davamlı təxribatlarının qarşısını almaq üçün sentyabrın 19-da başladığı və cəmi bir gün ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq yaranan yeni reallıqlar artıq bütün dünyada qəbul olunur. O cümlədən yeni reallıqlar fonunda regionda müşahidə edilən proseslər beynəlxalq səviyyədə yaxından izlənilir. Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.
Hərbi texnika müsadirə edilir
Telefon danışığında hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyi və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyi ABŞ tərəfinə bildirilib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.
Müsadirə edilən silah-sursatın siyahısı kifayət qədər böyükdür. Müdafiə Nazirliyinin dünənə olan məlumatına əsasən artıq 1105 atıcı silah və qumbaraatanlar təhvil alınıb. Müsadirə edilən hərbi texnika siyahısında həmçinin artilleriya silahları, HHM vasitələri, döyüş sursatları, təchizat və ləvazimatlar, optik və digər cihazlar, zirehli texnika, avtomobil texnikası və s. var.
Ölkəmiz müsadirə edilən texnikalar barədə məlumatları mütəmadi qaydada yeniləyir və bu barədə beynəlxalq təşkilatlara da məlumatlar çatdırılır. Telefon danışığında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub.
Xatırladaq ki, sentyabrın 24-də ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib. Hərbi attaşelər Şuşa rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri tərəfindən nümayəndə heyətinə antiterror tədbirlərindən sonra müsadirə olunmuş döyüş texnikası, hərbi avadanlıqlar və silah-sursat haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.
Humanitar yardımlar göndərilir
Dövlətimizin başçısı Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.
Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.
Elə bu günlərdə Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. Qeyd edək ki, hələ 2021-ci ildə “Azərenerji” tərəfindən tikilən və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq “Azərenerji” və “Azərişıq” əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib.
Etimad quruculuğu...
Lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşmalar əsasında Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparılır. İlk görüş sentyabrın 21-də Yevlaxda baş tutub. Sentyabrın 25-də isə Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Eləcə də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi də gündəlikdədir. Xocalı görüşündə bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Telefon danışığında həmçinin erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.
ABŞ dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Siyasət
07 Dekabr 21:25

Gündəm
07 Dekabr 21:20

Xəbər lenti
07 Dekabr 19:55

Xəbər lenti
07 Dekabr 19:33

Xəbər lenti
07 Dekabr 17:27

Xəbər lenti
07 Dekabr 17:25

Xəbər lenti
07 Dekabr 16:23

Xəbər lenti
07 Dekabr 16:20

Xəbər lenti
07 Dekabr 15:55

Xəbər lenti
07 Dekabr 15:51

Xəbər lenti
07 Dekabr 15:12

Xəbər lenti
07 Dekabr 15:09

Xəbər lenti
07 Dekabr 14:56

Mədəniyyət
07 Dekabr 14:47

YAP xəbərləri
07 Dekabr 14:39

Xəbər lenti
07 Dekabr 14:30

İdman
07 Dekabr 13:43

Dünya
07 Dekabr 13:40

Sosial
07 Dekabr 13:37

Xəbər lenti
07 Dekabr 13:34

Xəbər lenti
07 Dekabr 13:00

Xəbər lenti
07 Dekabr 12:29

Xəbər lenti
07 Dekabr 12:27

Gündəm
07 Dekabr 12:05

Xəbər lenti
07 Dekabr 11:55

Dünya
07 Dekabr 11:43

Xəbər lenti
07 Dekabr 11:30

Xəbər lenti
07 Dekabr 11:25

Xəbər lenti
07 Dekabr 11:22

Siyasət
07 Dekabr 11:20

Xəbər lenti
07 Dekabr 11:14

Xəbər lenti
07 Dekabr 11:10

Siyasət
07 Dekabr 11:00

Xəbər lenti
07 Dekabr 10:58

Siyasət
07 Dekabr 10:55

MEDİA
07 Dekabr 10:50

İqtisadiyyat
07 Dekabr 10:45

Siyasət
07 Dekabr 10:40

Xəbər lenti
07 Dekabr 10:35

Siyasət
07 Dekabr 10:30

Xəbər lenti
07 Dekabr 10:23

Xəbər lenti
07 Dekabr 10:20

Siyasət
07 Dekabr 10:10

Siyasət
07 Dekabr 10:00

Xəbər lenti
07 Dekabr 09:32

Xəbər lenti
07 Dekabr 09:16

Xəbər lenti
07 Dekabr 09:15

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:07

Gündəm
07 Dekabr 09:00

Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57
