Humanitar yardım, yoxsa Ermənistan üzərindən yuyulan çirkli pullar?
07.10.2023 [11:20]
Hazırda Avropa İttifaqı (Aİ) Ermənistana növbəti yardım paketini reallaşdırmaqdadır. “Aİ Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq”. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti ərəfəsində deyib. Onun sözlərinə görə, Aİ Ermənistana indiyə qədər 5,2 milyon avro ayırıb: “Bu məbləğ artıq 10,2 milyon avroya çatdırılıb. Daha 15 milyon avro yardım ayrılacaq”, - deyə Ursula fon der Lyayen vurğulayıb.
Şübhəli səxavətlilik
Bir sıra hallarda maliyyə azlığından gileylənən, Avropaya gələn miqrantların ehtiyaclarını qarşılamağa əsla tələsməyən Aİ kiçik Ermənistana münasibətdə səxavət kisəsinin ağzını həmişə geniş açıb. Qurum bu ölkəyə demokratiyanın inkişafına dəstək, vətəndaş cəmiyyətinə kömək, regionlarda sosial infrastruktur quruculuğu, məktəb tikintisi və s. cəlbedici adlar altında qrantlar ayırır. Söhbət böyük pullardan - milyonlarla avrodan gedir.
Bəs ayrılan qrantlar doğrudanmı ehtiyac duyulan məqsədlərə xərclənir? Başqa bir sual: Avropa İttifaqı Ermənistana münasibətdə inanılmaz səxavətlilik nümayiş etdirərkən həqiqətənmi səmimidir? Hər iki suala müsbət məzmunlu cavab vermək əsla mümkün deyil. Əvvəla, Ermənistanda məmurların korrupsiyaya bulaşdığı barədə geniş məlumatlar var. Bu ölkədə son vaxtlarda baş tutan həbslərin də böyük əksəriyyəti məhz rüşvət qalmaqalları ilə bağlı olub. Vəziyyət o dərəcədə kritikdir ki, hətta orduya, əsgərlərin adi ehtiyaclarının qarşılanmasına ayrılan kiçik büdcə də generallar tərəfindən mənimsənilir. Bunlar Ermənistanın real mənzərəsini əks etdirir.
Avropa İttifaqına gəldikdə isə, qurumun da tarixində rüşvət qalmaqalları çox olub. Aİ-nin Ermənistan kimi ölkələr üzərindən çirkli pulları yuduğuna dair səsləndirilən iddialar qurum tərəfindən təkzib olunmayıb. Ötən ilin sonlarında bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan “qoca qitə”nin mühüm təsisatlarından olan Avropa Parlamentinin adı yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması “qoca qitə”də bir növ soyuq duş effekti yaratdı. Hətta Avropa İttifaqı məkanından kənar coğrafiyalar üzrə də müxtəlif məsələlərlə bağlı qərarlar və qətnamələr imzalayıb bunları etalon sənədlər kimi təqdim edən AP-də korrupsiya? Əgər belə bir iddia quruma üzv olmayan kənar bir dövlətdən gəlsə idi, AP dərhal bunu qərəzçiliklə əlaqələndirər və deputatlar həmin ölkəni, yumşaq desək, ağ yuyub qara sərərdilər. İndiki halda isə AP ilə bağlı rüşvət ittihamları “qoca qitə”nin siyasi mərkəzlərinin birindən eşidilirdi və burada özünümüdafiəyə yer yox idi. Hadisələr ildırım sürəti ilə inkişaf etdi. Artıq dekabrın 11-də məlum oldu ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar. Belçika Prokurorluğundan verilən məlumata görə, istintaq çərçivəsində evlərdə və ofislərdə olmaqla təxminən 20 ünvanda reyd və axtarışlar aparılıb. Axtarışlar nəticəsində şübhəli şəxsin evindən 600 min avro, Brüsseldə hotel otağında çantada bir neçə yüz min avro, Avropa Parlamenti deputatının mənzilində isə 150 min avro aşkar edilib.
Od olmayan yerdən tüstü çıxmaz
Aİ-nin Ermənistana 25 milyon avro yardım ayırması rüşvət ehtimallarını yenidən gündəmə gətirib. Ermənistan kimi korrupsiyaya bulaşmış, hesabatlılığın təmin olunmadığı ölkələrdə “qoca qitə”də geniş vüsət almış çirkli pulların yuyulması mexanizmlərinin reallaşdırılması asandır. Burada, necə deyərlər, bütün tərəflər ciblərini doldururlar. Layihələrə məsul olan milli koordinatorlar və Aİ komissarları “gör məni, görüm səni” prinsipindən çıxış edirlər. Ayrılan qrantların böyük hissəsi məhz milli koordinatorlarla Aİ komissarları arasında dövr edir. Layihələrin icrası isə illərlə, daha dəqiq desək, növbəti qrantların ayrılmasınadək təxirə salınır. Beləcə qapalı dövrə davam edir. Hər dəfə bir çimdik iş üçün milyonlarla avro silinir.
Od olmayan yerdən tüstü çızmaz, deyiblər. Aİ-nin yardım məqsədilə ayırdığı 25 milyon avronun böyük hissəsinin çirkli pulların yuyulması prosesində mənimsəniləcəyi ehtimalları da bu ölkənin əvvəlki illərdə təkrarlanan utancverici təcrübəsindən qaynaqlanır. “Avropa İttifaqının Ermənistana ayırdığı qrantlar genişmiqyaslı korrupsiyaya uğrayıb”. Belə bir məlumatı bir neçə il bundan əvvəl Ermənistan istintaq komitəsi publik şəkildə yaydı. Məlumatda qeyd edilirdi ki, korrupsiya faktının aşkar edilməsində Fırıldaqçılığa qarşı Mübarizə İdarəsinin Avropa ofisi iştirak edib. Söhbət yarım milyon avronun mənimsənilməsindən gedirdi.
Ermənistanda seçki prosesində Aİ-nin 7 milyon avrosunun it-bata düşməsi qalmaqalı da yaddaşlardan silinməyib. Bəli, Aİ-nin 7 milyon avroluq seçki mexanizmləri səsvermə günü bu layihənin müəlliflərini ifşa etdi. Bununla bağlı hətta istintaq işi də açıldı. Bundan sonra Aİ-nin Ermənistandakı səfiri P.Svitalskinin özü də ortada siyasi korrupsiyanın olduğunu etiraf etmək məcburiyyətində qaldı
Bunlar Aİ-Ermənistan korrupsiya münasibətlərində aşkarlanan azsaylı faktlardır. Əslində isə çirkli pulların yuyulması daimi fəaliyyətdə olan bir mexanizmə çevrilib...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

