Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / UNESCO Ağdamı niyə görmək istəmir?

UNESCO Ağdamı niyə görmək istəmir?

21.11.2023 [10:35]

Səfərdən imtina qurumun vandallarla işbirliyini təsdiqləyir

30 ilə yaxın davam etmiş işğal faktı sadəcə olaraq, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi ilə məhdudlaşmayıb. Bu dövr ərzində, ermənilər Azərbaycanın milli mədəni, dini - tarixi dəyərlərinə, irsinə qarşı da təcavüzkar siyasət həyata keçirib, vandalizm nümayiş etdirib. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş regionlarımızda yerləşən abidələrimiz, milli dəyərlərimiz dağıdılmış vəziyyətdədir.

Vətən müharibəsi isə bütün bu haqsızlıqlara və ədalətsizliklərə son qoydu. 3 ildən artıqdır ki, torpaqlarımız kimi milli dəyərlərimiz - abidələrimiz, məscidlərimiz, meşələrimiz, kəndlərimiz və şəhərlərimiz, bir sözlə, həmin ərazidəki tariximiz öz azadlığına qovuşub. Həmin yerləri ziyarət edən beynəlxalq aləm, xarici ölkələrin və təşkilatların yerli nümayəndələri, səfirlər, konsullar və digər şəxslər baş verənləri öz gözləri ilə görürlər, dəyərləndirirlər. Baş verənlər isə sanki bir soyqırımıdır.

Təssüfləndirici haldır ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO ötən 3 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.

Ağdama gəlməmə səbəbi...

Amma məsələ ermənilər olanda UNESCO özünün “əsl simasını” üzə çıxarır. Belə ki, UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. KİV-in əldə etdiyi məlumata görə, rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər.

Bəli, reallıq ortadadır. Ermənilərin xarabalığa çevirdiyi, hətta “Qafqazın Xirosiması” adlandırılan Ağdamda törədilən vandalizm UNESCO üçün “maraq kəsb etmir”. Qurumun mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. Beləliklə, UNESCO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfər üçün israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoyurlar.

UNESCO-nun məramı...

Halbuki, UNESCO-nun əsas məqsədi - irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. UNESCO məqsədini proqramının birinci maddəsində belə açıqlayar: “UNESCO, beynəlxalq əməkdaşlığına söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə qurulmuşdur”.

UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.

Kənar sifarişlə işləyən...

UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. Amma Azərbaycana münasibətdə fərqli standartların şahidi oluruq. Bunun səbəbi nədir? Xankəndiyə səfər çərçivəsində Ağdamı ziyarətdən boyun qaçırmaq bu qurumun çirkin niyyətinin şahidi oluruq. UNESCO-nun bu addımı elan etdiyi, üzərinə götürdüyü vəzifə və öhdəlikləri lazımi şəkildə həyata keçirə bilmədiyini deməyə əsas verir. Ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Ermənistanda müsəlman qəbiristanlıqlarına, tarixi abidələrə, məscidlərə qarşı vandallıqlar törətməsi faktlarla, foto-videolarla sübuta yetirilib. Öz ərazisində etnik təmizləmə aparan və 250 mindən artıq azərbaycanlını Ermənistandan çıxaran, onlardan bəzilərini qətlə yetirən Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında bütün tarixi izləri silmək üçün qəbirləri belə dağıdıb, məhv edib. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında da analoji vandalizm həyata keçirilib - məscidlər dağıdılıb və yaxud müsəlmanların heysiyyatına toxunmaq üçün oradan donuz tövləsi kimi istifadə ediblər. Təbii ki, Ağdama səfər həm də işğal dövründə Azərbaycanın mədəni irsinin dağıdılması faktının, erməni vandalizminin sübutu olacaq. UNESCO bu məsələdə “iştiraksızlığı” ilə vandalları müdafiə etdiyini aşkar şəkildə ortaya qoyur. Bu isə qurumun dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq səlahiyyətlərini bəzi kənar qüvvələrin sifarişi əsasında sellektiv şəkildə həyata keçirdiyini göstərir...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31