Paşinyanın Qarabağ erməniləri “bəlası”...
25.11.2023 [10:30]
Baş nazir onlardan yaxa qurtarmağın yollarını araşdırır
Bu ilin sentyabrında baş vermiş lokal antiterror tədbirlərinin ardından könüllü şəkildə Ermənistana gedən Qarabağ erməniləri baş nazir Nikol Paşinyanın “başının ağrısı”na çevrilib. Düzdür, ilk aylarda məhz Qarabağ erməniləri üzərindən maliyyə maxanasiyaları yürüdən, ianələr toplayan, “maddi marafonlar” təşkil edən və nəticədə yüz milyonlarla pul əldə edən Paşinyan artıq onlardan “yaxa qurtarmağın” yollarını araşdırır. Çünki Qarabağ erməniləri Paşinyanın siyasi hakimiyyəti üçün ən böyük təhlükə sayılır. Başqa sözlə, 20 ilə yaxın Ermənistanı idarə etmiş “Qarabağ klanı” yenidən hakimiyyətə gəlməyin yollarını araşdırmaqdadır.
Badasyanın həbsi...
Məsələn, bir neçə gün əvvəl “Hadrut müdafiə rayonunun birinci taborunun komandiri”, Arayik Arutyunyanın “təhlükəsizlik və təxliyə məsələləri üzrə nümayəndəsi” Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunub. Bu barədə Ermənistan KİV-i yazıb. Vahan Badasyanın hansı statusda və hansı cinayət işi çərçivəsində dindirilməsi ilə bağlı danışan vəkil Rafayel Martirsyan qeyd edib ki, əslində, Vahan Badasyana qarşı cinayət işi açılıb. “O, şahid qismində dindirilmək üçün İstintaq İdarəsinə dəvət olunub. Lakin Badasyan Konstitusiyanın təmin etdiyi hüquqlardan istifadə edib, ifadənin ona qarşı istifadə oluna biləcəyini nəzərə alaraq, ifadə verməkdən imtina edib”, - deyə o bildirib.
Martirsyan vurğulayıb ki, Badasyan Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsi ilə açıq şəkildə zorakılığa çağırış, zorakılığa açıq bəraət qazandırma və ya təbliğ etmə, habelə bu məqsədlə material və ya əşyalar yayma cinayət tərkibi ilə bağlı dindirilib.
Qeyd edək ki, Vahan Badasyan həm də “Birləşmiş Ermənistan” Partiyasının sədridir. O, 2021-ci ilin yanvarında baş nazir Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlərə görə həbs olunub. Belə ki, V.Badasyan N.Paşinyanı fiziki məhv etmək təklifi ilə çıxış etmişdi. Müxalif partiya sədrinə qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülmüşdü.
Sosial şəbəkələrin erməni seqmenti isə Badasyanın hələ Araik Arutyunyan Xankəndidə olan zaman Paşinyanı devirməklə bağlı planlar hazırlaması haqqında məlumata malik olması hazırki Ermənistan hakimiyyətini narahat edir. Onlar Badasyanı yenidən istintaqa çəkməklə yeni planların mövcud olub - olmaması ilə bağlı məlumat əldə etmək niyyətindədirlər.
Levon Koçaryanın dəstəkçiləri...
Qarabağ ermənilərinin Ermənistan daxilində o qədər də xoş qarşılanmadığı sirr deyil. Bu isə Koçaryan-Sarkisyan hakimiyyətlərinin bu ölkəyə etdiyi zülmlə bağlıdır. Ba baxımdan, Paşinyan yeni dönəmdə ona qarşı yönələ biləcək hər hansı bir təhdidi aradan qaldırmaq üçün Qarabağdan gələn erməniləri üçüncü ölkəyə yönəltmək haqqında düşünür. Təbii ki, ortada başqa səbəblər də var. Məsələn, təzəlikcə həbsdən çıxan və Ermənistan parlamentinin üzvü seçilən Levon Koçaryan amili burada öz sözünü deyir. Xatırladaq ki, Robert Koçaryanın oğlu olan Levon Koçaryan noyabrın 6-da parlamentin deputatı mandatına yiyələnib. O, Ermənistan ictimaiyyəti üçün yeni fiqurdur, ilk baxışdan “vurulmuş kadr” sayılan atasından fərqli imicdə təqdim olunur. Onun ən böyük “dəstəkçiləri” isə Qarabağdan gələn ermənilərdir. Bu yalnız elektorat dəstəyi ilə məhdudlaşmır. Belə ki, hələ aylar öncə Laçın dövlət sərhəd-keçid məntəqəsindən bir qrup erməni “tələbə”nin Ermənistana keçidi baş tutmuşdu. Ermənistan mətbuatı isə həmin tələbələrin əksəriyyətinin Ermənistanda çevriliş etmək üçün gəldiyini yazırdı. Həmin dövrdə də aktiv müzakirə predmeti olan çevrilişin məhz klassik “Qarabağ klanı” üzərindən həyata keçirilməsi versiyası ön plana çıxmışdı. Həmin dvrdə İrəvanda hakimiyyətin əleyhinə təşkil edilən siyasi aksiyalara da nəzər salsaq, aparıcı simaların məhz Qarabağ klanı üzvlərnin olması, xüsusilə, Levon Koçaryanın qabardılması bəlli olurdu.
Görünən budur ki, İrəvanda yeni siyasi çaxnaşmalar gözlənilməkdədir və yeni qarşıdurmalar klassik mübarizə metodu ilə inkişaf etməyəcək. Bu ssenaridə isə Qarabağ erməniləri Paşinyana qarşı qüvvələr üçün həm siyasi dəstək, həm qüvvə təminatı baxımından əsas dayaq kimi çıxış edəcək...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

