Avropa Qarabağda sabitliyi niyə pozmağa çalışır?
28.11.2023 [10:45]
Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən də, dövlətimiz Ermənistanla yaxın zamanlarda sülh sazişinin imzalanmasına tərəfdardır. Məlumdur ki, ölkəmiz sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Dmitri Peskov hesab edir ki, Qərb Cənubi Qafqazda Rusiya əleyhinə açıq müstəvidə mübarizə aparır
Antiterror tədbirlərindən sonra...
Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Bu hallar sentyabrda Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra xüsusilə artıb. Daha çox Qərb ölkələri prosesdə Ermənistana “vəkillik” etməyə çalışırlar. Məqsəd isə bölgədə yenidən gərginliyin yaradılmasıdır.
Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsi zamanı bu məsələyə toxunub. O qeyd edib ki, Qərb ölkələri Cənubi Qafqazda Rusiya əleyhinə mübarizə aparır: “Təxminən, bəlkə də 3, 4, 5 il əvvəl bu mübarizə diplomatik maskalar altında aparılırdı. İndi isə həmin maskalar çoxdan atılıb və mübarizə açıq şəkildə, niyyətlər gizlədilmədən aparılır”.
“Bundan sonra nəyəsə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”
“Həqiqətən, bir sıra ölkələr əvvəlki kimi Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışırlar. Bu da onunla nəticələndi ki, Azərbaycan tərəfi həmin ölkələrin hər hansı vasitəçilik roluna iddia etməsinin mümkünlüyünün bundan sonra çətin ola biləcəyini rəsmi şəkildə bəyan etdi. Çünki onlar artıq bu məsələdə birtərəfli mövqe tutublar. Əlbəttə, bu cür birtərəfli mövqe tutmaqla, bundan sonra nəyəsə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”, - deyə D.Peskov bildirib. O, həmçinin qeyd edib ki, Rusiyadan başqa heç bir ölkə regionun qarantı rolunu oynaya bilməz.
Fransanın təxribatları
Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan əsas ölkələrdən biri Fransadır. Fransa bu prosesə bütövlükdə Avropa İttifaqını cəlb etməyə çalışır. Bu yaxınlarda İrəvanda Avropa İttifaqının monitorinq missiyasının hüquqi statusuna dair sazişin imzalanması da buna xidmət edir. Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanın regionda tam yerləşdirilməsinə cəhd edir. Çünki missiyanın statusuna dair sazişin imzalanması göstərir ki, əslində bu, mülki deyil, hərbi yönümlü missiyadır. Fransanın Ermənistanı silahlandırması da bunu təsdiqləyir. Aİ-nin missiyasının Ermənistana göndərilməsində Fransanın birbaşa rol oynaması buna dəlalət edir. Missiyanın bu ölkəyə göndərilməsinin ardından, Parisin silahlandırma siyasəti gerçək məqsədləri ortaya qoymuş oldu. Digər tərəfdən, Fransa ilə Ermənistan arasında silah tədarükünə dair müqavilənin imzalanmasından sonra belə bir sazişin gündəmə gəlməsi də deyilənləri sübut edir. Bütün bunların fonunda Aİ-nin öz missiyasını Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Burada məqsəd Ermənistana hərbi dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir.
ABŞ-ın mövqeyi sülhə xidmət etmir
Son zamanlar ABŞ-ın sərgilədiyi mövqe də regionda vəziyyətin gərginləşməsinə yönəlib. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və dinləmələrdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqləyir. Bundan əlavə, ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir. Vaşinqtonun belə qərəzli mövqe ortaya qoyması səbəbindən rəsmi Bakı ABŞ-da noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.
Qərb Rusiyanı bölgədən çıxara bilərmi?
Qərbin əsas məqsədlərindən biri də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Bu məqsədi isə Ermənistan hakimiyyətinin əli ilə reallaşdırmağa çalışır. D.Peskovun açıqlamasında məhz bu məqama da istinad edilir. Məlumdur ki, rəsmi Moskva Qərbin bu niyyətinin reallaşmasına qarşı mümkün addımları atmaqdan çəkinməyəcək.
Bütün hallarda, Azərbaycan Cənubi Qafqazda gerçək sülhə xidmət edən bütün təşəbbüsləri dəstəkləyir. Ancaq bölgədə vəziyyəti gərginləşdirməyə və erməni maraqlarına xidmət edən heç bir vasitəçilik bundan sonra da qəbul olunmayacaq. Rəsmi Bakı bunu dəfələrlə bəyan edib!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22

