Ağ Ev Kiyevə yardımı niyə dayandırır?
06.12.2023 [11:05]
Bu ilin sonuna qədər...
Qərbin Ukraynaya verdiyi dəstək sona çatmaq üzrədir. Bundan öncə bir neçə Avropa ölkəsi Kiyevə açıq maliyyə yardımını dayandırmaqla bağlı qərarını açıqlamışdı. İndi isə bu “cərgəyə” Birləşmiş Ştatlar da əlavə olunur. Belə ki, Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanq ABŞ-ın bu ilin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq edib. Xarici KİV-lərin xəbərinə görə, o, bu barədə Konqresə məktub göndərib. “Bizim bu vəziyyətin öhdəsindən gəlmək üçün sehrli bir maliyyə qazancımız yoxdur. Pulumuz da, demək olar, vaxtımızda tükənib”, - o bildirib.
Ukrayna bəyan etdi - dəstək dayandırılsa...
3 aydan sonra ikinci ili tamam olacaq Rusiya-Ukrayna müharibəsi yeni tarixin “qütblər savaşı” kimi xarakterizə olunurdu. Ukraynanı dəstəkləyən qlobal siyasətin “göy qanadı” məhz Kiyev üzərindən yeni regional reallıqlar yaratmaq fikrində idilər. Xüsusilə, ABŞ-ın “canfəşanlığı” Rusiyanın ümumi Avropa məkanından tam olaraq sıxışdırılıb çıxarılması, iqtisadi əməkdaşlığın minimal səviyəyə endirilməsi, enerji daşıyıcıları üzərindən mübadilənin sonlandırılmasını özündə əks etdirirdi. Amma prosesin artıq ikinci ilə uzanması, eyni zamanda Qəzza bölgəsində yeni münaqişənin alovlanması Avropanı “düşünməyə” məcbur edən amilə çevrildi. Artıq Avropanın anti-Rusiya kampaniyasından geri çəkildiyi müşahidə olunur - indiki mərhələdə isə ABŞ-ın da bu cərgəyə qoşulması mühüm suallar yaradır. Axı kollektiv Qərb UKraynanın təkbaşına müharibə apara bilməyəcəyi ehtimalını bilir - bu faktı prezident Zelenski də dəfələrlə səsləndirib. Prezident Volodimir Zelenski daha əvvəl də bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf etmişdi...
Ostin Kiyevə niyə gəlmişdi?
Əslində prosesin inkişafını xronoloji ardıcıllıqla dəyərləndirdikdə ortaya çıxan ən əsaslı arqument ABŞ-ın məsələnin həllinin uzanmasından keçirdiyi narahatlıqdır. Başqa sözlə, ABŞ rəsmiləri, xüsusilə demokratlar Ukrayna probleminin iki ilə qədər uzanması ehtimalını dəyərləndirməmişdilər. Vurğulandığı kimi, Qəzza məsələsinin yenidən alovlanması isə ABŞ-ı “iki can avarası” edib. Vaşinqtonun əsas diqqəti haraya yönləndirəcəyi ilə bağlı yekcins münasibət sərgilənmir. Tam əksinə, Ukraynadansa, İsrailə yardım etməyi daha vacib hesab edənlərin sayı günü-gündən artmaqdadır. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Nümayəndələr Palatasının spikeri Maykl Consonun Ukraynaya yardım planını tənqid edib. O, sosial şəbəkələrdə bildirib ki, Ukrayna ABŞ-ın 51-ci ştatı və NATO üzvü deyil: “Ukraynanı maliyyələşdirməyi dayandırın”. Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Maykl Consonun planı ABŞ-ın Ukraynaya dəstək xərclərini Amerika sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün qanunvericiliklə əlaqələndirməkdir. Bu qanunvericiliyin parlamentdəki ilkin müzakirəsi zamanı isə kəskin fikir ayrılıqları ortaya çıxmışdı. Senator Coş Houli bildirmişdi ki, ABŞ-ın xaricdəki əsas rəqibi Çindir. “Ukrayna isə mənə elə gəlir ki, Avropada yerləşir. Nə üçün onlara avropalılar yox, ABŞ kömək etməlidir?”“, -deyə senator vurğulamışdı.
Qanun layihəsində Ukraynaya İsraildən qat-qat çox, yəni 14 milyard dollara qarşı 61 milyard dollar ayrılması nəzərdə tutulurdu. İndiki halda Şalanda Yanqın xəbərdarlığı Vaşinqtonun Kiyevi yavaş-yavaş ikinci plana keçirdiyini təsdiqləyən fakta çevrilməkdədr...
Demokratların seçki narahatlığı...
Bu arada proseslərin qızğın çağında ABŞ müdafiə naziri Lloyd Ostinin 2022-ci ilin aprelindən bəri Ukrayna paytaxtına ilk səfəri yaddaqalan oldu - ən diqqətçəkən məqam isə müharibə başlayandan bəri ilk dəfə olaraq onu media nümayəndələrinin müşayiət etməsi idi. Yayılan xəbərdə bildirilir ki, Lloyd Ostin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və onun kabinetinin üzvləri ilə görüşərək, qarşıdan gələn qış aylarında döyüş əməliyyatlarını və Ukraynaya gələcək təhlükəsizlik yardımı planını müzakirə edib. Bəzi siyasi ekspertlər bu səfəri Birləşmiş Ştatların əsas diqqətinin Yaxın Şərqdə münaqişəyə yönəldiyi üçün ABŞ-ın Ukraynaya dəstəyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verdiyini önə çəkir. Ostinin Zelenskiyə xitabən “Amerika Birləşmiş Ştatları sizinlədir. Biz uzun müddət sizinlə olacağıq”, fikrini isə qarşıdan gələn prezident seçkiləri ilə bağlayanlar da var.
Hər bir halda, Ukrayna məsələsinin ABŞ xarici siyasətindəki yerinin əvvəlki prioriteti təşkil etmədiyinin hər kəs şahididir. Xüsusilə, Avropanın “ümumi işə” qoşulmaması, prosesdə aktiv rol almaqdan boyun qaçırması ABŞ ictimaiyyətini qıcıqlandıran məqamlardandır. Ağ ev anlayır ki, ötən dövrdə apardığı siyasət ilə növbəti seçk?lərdə qələbə qazanma ehtimalı çox aşağıdır. Hətta respublikaçıların açıq anti-Ukrayna çağırışları ictimaiyyət arasında daha diqqətlə izlənilir. Bunu ABŞ mətbuatı da etiraf edir. Eyni zamanda, Ukrayna məsələsi ilə bağlı “separat danışıqlar” məsələsi bu yöndə əsas istiqamətvericilik təşkil etməkdədir. Bir sözlə, Ukrayna məsələsi kollektiv Qərbin gündəmindən çıxmasa da artıq öz yerini “dəyişib”...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

