Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
06.12.2023 [14:21]
Dekabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın İxrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qurulan möhkəm dostluq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Samir Nuriyev Ermənistanın hərbi işğalı dövründə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı və prinsipial dəstəyi yüksək qiymətləndirib. Həmçinin Birləşmiş Krallığın beynəlxalq təşkilatlar çərçivəsində tutduğu balanslı mövqe müsbət dəyərləndirilib.
İkitərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığı vurğulanaraq, belə səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.
Samir Nuriyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin, habelə yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma layihələrində iştirakından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Birləşmiş Krallığın Azərbaycanda humanitar minatəmizləmə layihələrinə verdiyi töhfələr təqdir olunub.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekabrın 7-də Bakıda 6-cı iclasının keçiriləcəyi qeyd edilərək, vacib bir mexanizm kimi komissiyanın növbəti iclasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

