78 beynəlxalq, 14 mindən çox yerli müşahidəçi...
11.01.2024 [10:20]
MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizdə seçki qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlər həyata keçirilir. Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.
Treninqlər 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir
Treninq layihəsinin əsası hələ 2002-ci ildə Komissiyanın nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsinə əhəmiyyətli töhfələr verib. MSK qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. “Trenerlər üçün treninq” adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. “Trenerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.
Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək. Layihənin bu mərhələdə də səmərəliliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin praktiki formada və MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.
Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
Seçkilərdə 7 namizəd mübarizə aparacaq
Yeri gəlmişkən, qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində 7 namizəd mübarizə aparacaq. MSK-nın yanvarın 9-da keçirilən iclasında Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alınıb. Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 8-də Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.
Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmişdi. Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edib.
8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən müşahidəçilər
Yanvarın 9-dək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu barədə MSK sədri Məzahir Pənahov həmin gün keçirilən iclasda məlumat verib. MSK sədri bildirib ki, onlar 8 beynəlxalq təşkilatı və 21 ölkəni təmsil edirlər. Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin də sayı məlum olub. Belə ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.
“Lider”i “ARB 24” telekanalı əvəzlədi
MSK-nın yanvarın 9-da keçirilən iclasında mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O qeyd edib ki, ötən dövr ərzində bir kanalın fəaliyyətinin dayandırılması ilə bağlı əvəzlənmə edilməsi məsələsi gündəmə gəlib. Qərar layihəsinə əsasən, fəaliyyəti dayandırılmış “Lider” telekanalı “ARB 24” telekanalı ilə əvəzlənib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

