34 il ötür...
19.01.2024 [10:20]
Kərki necə işğal olundu?
Bu gün işğalından 34 il ötən Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun yaşayış məntəqələrindən biridir. Kərki kəndi işğala məruz qalan ilk yurd yerlərimizdən sayılır. Bu kənd həm də Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Ermənilər 14 dekabr 1989-cu il tarixində Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. Hücumlar 15 yanvar 1990-cı ildən daha da intensivləşib. Yanvarın 18-də güclü müqavimətə baxmayaraq, Kərki kəndi ermənilər tərəfindən işğal olunub.
Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər qəhrəmancasına həlak olublar. Hadisənin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.
Ancaq Naxçıvanı işğal etmək arzusu ilə yaşayan ermənilər burada gözləmədikləri müqavimətə rast gəliblər və Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Naxçıvanlıların qanları-canları bahasına göstərdikləri ciddi müqavimət onları çaş-baş salıb. Çünki əhali həmin vaxt döyüş xətti boyunca yüzlərlə könüllülərdən ibarət canlı sərhəd yaratmışdı. Düşmən həmin sərhədi keçməyə cəhd göstərsə də, darmadağın olunaraq qaçmağa məcbur edilib.
Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qaranlıqlar içərisində parlayan bir ulduz kimi qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi. Kəndin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin acı taleyinin və ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.
Bəzi tarixçilərin fikrincə, “Kərki” toponimi kərkük türk tayfasının adı ilə bağlıdır. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini olub. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Dəlikdaş”, “Sənəm qalası”, “Gavurqala”, “Şurut bulağı” və digər bu kimi qədim yurd yerləri bu gün də kənd sakinlərinin xatirələrində yaşayır.
Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində muxtar respublikanın işğal altında olan Günnüt kəndi düşməndən azad edilib. 44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli Bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksini tapıb. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

