Kilsə siyasətə qarışırsa...
29.02.2024 [11:00]
II Qaregin konstitusiya dəyişikliyinə qarşıdır
Erməni terrorunun ideoloji mərkəzi sayılan Apostol Kilsəsi bütün dövrlərdə qarşıdurmaların kəskinləşməsi, revanşizm kimi niyyətlərin baş qaldırması məsələsində aktiv rol alıb. Birləşdirici və sülhyaradıcı funksiyası daşımalı olan din Ermənistanda özünün ən ağır deqradasiyasına uğrayıb və erməni kilsəsinin timsalında qızışdırıcı, müharibəyə təhrik edən mövqenin aşılanması “təbliğatı aparılan” müqəddəsliklə uzlaşmır.
Bu dəfə də öz ampluasına sadiq qalan erməni Apostol kilsəsi Ermənistanda konstitusiya dəyişikliyi məsələsində qızışdırıcı mövqe tutmaqdadır. Belə ki, kilsə Azərbaycana qarşı ərazi iddialarının olduğu konstitusiyanın dəyişdirilməsinə qarşı çıxır. Apostol Kilsəsinin Ali Ruhani Şurası baş nazir Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü son dərəcə şübhəli hesab edir.
Bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şuranın genişləndirilmiş iclasında qeyd olunub ki, Ermənistanın müxtəlif yüksək vəzifəli şəxslərinin, eləcə də Azərbaycan Prezidentinin tezisləri yalnız yeni konstitusiyanın qəbulu ilə bağlı mövcud şübhələri dərinləşdirir. “Ermənistan Respublikası Konstitusiyasının əsasını xalqımızın milli-mənəvi həyatının, xatirələrinin və əziz keçmişinin hadisələrinin, milli arzu və arzularımızın rəmzləri təşkil etdiyini vurğulayan şura üzvləri bu dəyərləri ictimai müzakirələrdə, xüsusən də yeni konstitusiyanın qəbulu kontekstində alçaltmaq və ya görməməzlikdən gəlmək”, - bəyanatda deyilir. İyerarxlar hesab edirdilər ki, ölkənin yeni konstitusiyasının qəbulu təşəbbüsü çox şübhəlidir, xüsusən də Ermənistanın ictimai dairələrində bunun xarici təzyiqin nəticəsi kimi qəbul edildiyini nəzərə alsaq.
Radikallığı və faşizmi yayan erməni kilsəsinin bu addımı bir daha onların ideoloji durumunu aşkara çıxarır - qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası kimi önə çıxıb və Qareginin bu dəfəki mövqeyi də bunu təsdiqləyir. Erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daima qızışdırıcı, təhrikedici “tələblər” səsləndirməsi, insanları qarşıdurmaya sövq etməsi artıq ənənə halını alıb. Adını “keşiş”, “yepiskop” qoymuş bu kimi təxribatçılar əslində terrorçu zehniyyətə malikdirlər. Bu şəxslərin din pərdəsi altında daima terror qruplaşmaları ilə işbirliyində olması, hətta erməni diasporunun gizli “qara kassası” rolunu üstlənməsi ilə bağlı informasiyalar mövcuddur. Bu mənada, belə insanları təhrikedici mahiyyətə malik olması ilk baxışdan ortaya çıxır.
Vaxtilə Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayarkən kilsənin “xeyir-duası” alınmışdı. Bu gün də Ermənistandakı revanşizmin, qeyri-hüquqi addımların, yeni müharibələr axtarışının “ruhlandırıcısı” məhz erməni kilsəsidir. Öz gerçək vəzifəsini unudub bölgədə savbitliyin aozulması üçün əlindən gələni edən kilsə siyasi məsələlərə belə əl uzadır. Bir müddət öncəyə qədər qatı baş nazir Paşinyana qarşı ən qatı düşmən obrazımnda çıxış edən Qaregin bu gün də dövlətin idarəçiliyinə müdaxilə edir. əslində, bu bir tərəfdən də Ermənistanın siyasi hakimiyyətinin zəifliyini, monolit olmamasını və xarici təsirlər vasitəsilə idarə edildiyini oratya çıxarır.
Paşinyanın ən böyük qorxusu da məhz terrorçu zehniyyətə malik Qaregin və rəhbərlik etdiyi kilsə institutudur. II Qaregin erməni xalqını baş nazirə qarşı qaldırmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmir - hətta göründüyü kimi bu məsələdə dindən də sui-istifadə hallarına rast gəlinir.
Vurğulayaq ki, 2022-ci ildə ənənəvi revanşist müxalifət ilə gizli sövdələşməyə gedən II Qaregin Paşinyanın istefasına nail ola bilməmişdi. Paşinyanı sivill və siyasi yolla “kreslosundan” edə bilməyəcəyini anlayan II Qaregin çıxış yolunu terror qruplaşmaları ilə işbirliyində tapmışdı. Bir müddət öncə katalikosun revanşizm virusu yaymaq üçün erməni terror təşkilatı VOMA ilə əməkdaşlığa başladığı haqda informasiyalar verilmişdi. Qaregindən dəstək alan VOMA Göyçə bölgəsində yaşayan erməniləri dağlarda döyüş təcrübəsi keçməyə dəvət edən “çağırış” belə etmişdi. Sosial şəbəkələrin erməni seqmentində isə VOMA-nın Qareginin “patronajlığına” keçdiyi bildirilirdi. Erməni katalikosun məhz bu silahlı terror dəstəsi vasitəsilə Paşinyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istədiyi vurğuşlanırdı.
İndiki halda, Qareginin rəhbərliyi ilə ortaya çıxan yeni “bəyanat” da müharibəyə təhrik və ara qızışdırmaq mahiyyəti daşıyır. Görünən budur ki, terrorçu “dinçinin” özünün nifaq dolu fəaliyyətindən əl çəkmək fikri yoxdur...
MƏNSUR
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

