Dünyanı qorxuya salan virus...
14.08.2024 [11:25]
Azərbaycanda meymunçiçəyi təhlükəsi var?
Yeganə BAYRAMOVA
Son günlər meymunçiçəyinə yoluxanların sayında artım müşahidə edilməkdədir. Xəstəlik koronavirusdan sonra bütün dünya ölkələrinin ikinci pandemiya qorxusuna səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən virusla bağlı həyəcan təbili çalınıb. Belə ki, ÜST avqustun 14-də xəstəliyin yayılması ilə bağlı fövqəladə iclas keçirəcək.
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bu barədə məlumat verib, SOS siqnalı yayıb. Q?breyesus Konqo Demokratik Respublikasında artıq epidemiya şəklini almış meymunçiçəyi xəstəliyi ilə bağlı vəziyyətin ciddi olduğunu bildirib. Xatırladaq ki, xəstəliyin heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.
Qeyd edək ki, meymunçiçəyinə hətta Azərbaycana qonşu olan Gürcüstanda yoluxma faktı qeydə alınıb. Belə olan halda virusun ölkəmizdə aşkarlanma ehtimalları da müzakirə mövzusuna çevrilib.
“Azərbaycanda ola bilməz deyə bilmərik”
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən infeksionist Elşən Seyfullayev bildirib ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi və əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış xəstəlikdir: “Hazırda Avropanın bir neçə ölkəsində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardandır. Meymunçiçəyi virusu yeni növ virus deyil. Amma yeni mutasiya olunmuş növü də ola bilər. Son illər bütün viruslar mutasiyaya uğrayıblar. Ona görə də xəstəlik Azərbaycanda ola bilməz deyə bilmərik”.
Həmin şəxslərə xüsusi nəzarət edilməlidir
E.Seyfullayev qeyd edib ki, ölkəmizdə xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir: “Azərbaycandan Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə meymunçiçəyi virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar ola bilər”.
ÜST həyəcan təbili çalmaqda haqlıdır...
İnfeksionistin sözlərinə görə, xəstəlik nəticəsində dəridə qabarcıqlar və qabıqlar əmələ gətirən sulu səpkilər yaranır: “Virus ilkin olaraq Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə insanlarla təmasa keçdiyi üçün onlarda da virus yayılmağa başlayıb. Simptomlar xəstəlik başlayandan 10 gün sonra özünü göstərir. Yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkiləri isə hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlarla qala bilər.
Meymunçiçəyi heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan da keçə bilər. Ölümlə nəticələnməsi faktları var. ÜST həyəcan təbili çalmaqda haqlıdır. Artıq bir Afrika ölkəsində epidemiya başlayıbsa, bu, təhlükəli xəbərdarlıqdır”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

