Çində ilk dəfə azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfrans keçirilir
28.09.2024 [15:42]
Pekində “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir.
Açılış mərasimində çıxış edən Pekin Xarici Dillər Universitetinin prorektoru Gao Qanq konfransın iki ölkə arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər, bir yol” əməkdaşlığını birgə irəlilətmək baxımından olduqca böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə ölkələr arasında iqtisadi əməkdaşlığa deyil, həm də xalqlar arasında mədəni, elm və təhsil əlaqələrinin də dərinləşməsi üçün imkanlar yaratdığını deyib. Prorektor təmsil etdiyi ali təhsil ocağının Azərbaycan universitetləri ilə səmərəli əməkdaşlığından danışıb, bu çərçivədə qarşılıqlı tələbə mübadiləsinin reallaşdığını deyib. Gao Qanq Çində azərbaycanşünaslıq elminin ömrünün İpək yolu kimi davamlı və uzun olacağına ümidvar olduğunu söyləyib.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iki ölkə arasında münasibətlərin tarixindən və hazırkı vəziyyətindən danışıb, konfransın Azərbaycan ilə Çinin elmi-mədəni dairələrinin daha da yaxınlaşmasına önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlərin xalqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaratdığını, Azərbaycanda Konfutsi institutlarının fəaliyyəti də daxil olmaqla Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, PXDU-da Azərbaycan dilinin ixtisas kimi tədrisi, Azərbaycan dili kafedrasının azərbaycanşünaslıqla bağlı çoxsaylı araşdırmalar aparması və elmi tədbirlərin təşkili sayəsində Çində azərbaycanşünaslıq müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmağa başlayıb.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı, videomüraciət formatında Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Çində ilk azərbaycanşünaslıq elmi konfransının işinə uğurlar arzulayıblar.
Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Sü Taonun “Çin-Azərbaycan münasibətləri tarixin ən yüksək dövründə”, Hamlet İsaxanlının “Azərbaycanda və daha geniş regionda Çinin imici – Çin ilə Azərbaycan arasında tarixi əlaqələr”, Çin İctimai Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun Mərkəzi Asiya şöbəsinin direktoru Ganq Ninqin “Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri” mövzularında əsas məruzələri dinlənilib.
Çinin elmi qurumlarının və ali təhsil ocaqlarının alim və tədqiqatçılarının, tələbələrin, Çində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdikləri konfransın “Azərbaycan dili ədəbiyyatı və təhsili”, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı”, “Çin-Azərbaycan mədəniyyət və sivilizasiyalararası münasibətləri” mövzularında bölmə iclaslarında ümumilikdə 30 çinli və azərbaycanlı alimin, o cümlədən gənc tədqiqatçının məruzələri dinləniləcək, suallar cavablandırılacaq.
Xəbər lenti
Hamısına baxSosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39

