Bu qidaları qarışdırmayın...
23.01.2026 [08:54]
Zəhərlənməmək üçün nə etməli?
İlin bütün fəsillərində qida zəhərlənmələri rast gəlinən problemlərdən biridir. Məlumdur ki, payız-qış fəslində qida rasionunda bəzi dəyişikliklər baş verir. Xüsusilə, havalar soyuyanda balıq, göbələk və konservləşdirilmiş məhsulların istifadəsi önə çıxır. Belə olan halda zəhərlənmə halları da təbii olaraq artır.
Meyvə-tərəvəz yığılmamışdan bir-iki gün əvvəl dərmandan istifadə olunarsa və dərmanlamadan sonra yağış yağmayıbsa, həmçinin məhsullar təmiz yuyulmayıbsa, zəhərlənmə baş verə bilər. Qida məhsullarının düzgün şəraitdə saxlanılmaması da zəhərlənmələrə yol açır.
İlkin yardım
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov qida zəhərlənmələri zamanı diqqət edilməsi vacib olar məqamlardan danışıb. Onun sözlərinə görə, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur: “Məsələn, səhər hansısa süd məhsulu ilə qidalanan şəxs zəhərləndikdə özündə prodromal dövr yaşaya bilər. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur. İlk növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması həyata keçirilsin, bağırsaqtəmizləyici imalə edilsin. Bu mümkün olmasa, hər 10 kiloqram bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır”.
Hansı qidaları birgə yemək olmaz?
Terapevtin sözlərinə görə, elə qidalar var ki, onları birgə qəbul etmək problemlər yaradır: “Yemək çeşidinin müxtəlif olması, eyni vaxtda rəngarəng qidaların qəbulu ən azı mədə-bağırsaq pozulmaları, köp, qəbizlik yaradır. Qatıqla birlikdə balıq yemək olmaz. Bunları birlikdə yemək ağır xəstəliyə səbəb ola bilər. Yemişlə birlikdə bal yemək də çox ağır zəhərlənməyə şərait yaradır. Bundan başqa, qatıqla sirkə birlikdə yeməklərə istifadə olunanda zəhərlənmə yaratması mümkündür.
Südlə təzə pendir, südlə balıq, südlə qatıq da birlikdə yeyiləndə mədə-bağırsaq pozulmaları yaradır. Satışda sarı rəngdə, yağlı göbələklər olur, dadlı da olsa, qaynatmadan qovrulması zəhərlənmə yarada bilər. Üzəri gümüşü, falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yemək olmaz. Müəyyən edilib ki, bu, çox güclü bir kanserogendir, yəni xərçəng əmələ gəlməsinə səbəb olur. Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, əl yandırmayan hala gəldikdən sonra bükmək olar.
Süd, ayran və bananın birlikdə yeyilməsi mədə-bağırsaq pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, çalışmaq lazımdır ki, yemək bir çeşiddən ibarət olsun, yemək çeşidləri artdıqca problemlər də artacaq”.
Düzgün qablaşdırma da vacibdir...
Həkim həmçinin qeyd edib ki, müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər: “Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır. Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər.
Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı var ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sistemi funksiyasının zəifləməsi, hormonal pozğunluq və zəhərlənmə riski var”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00

