Mehdi Mehdiyev: Bəzi qüvvələr müharibə əlillərindən istifadə edirlər
20.02.2014 [09:26]
Azərbaycanda dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə, veteranlara və şəhid ailələrinə göstərilən diqqət və qayğı ilbəil artır və bu istiqamətdə mühüm işlər görülür. Bunu Trend-ə açıqlamasında “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.
M.Mehdiyev deyib ki, 1996-cı ildə veteranlara status və imtiyazlar verildi, o cümlədən 1994-cü ildən etibarən müharibə əlillərinin xarici ölkələrə müalicəyə göndərilməsi haqqında Ümummilli lider Heydər Əliyev Fərman imzaladı, onların müayinə və müalicəsi, eləcə də istirahəti üçün sanatoriyalar yaradıldı: “Prezident İlham Əliyev tərəfindən də bu kateqoriyadan olan insanlara qarşı diqqət və qayğı artıq yeni vüsət alıb. Ölkəmiz inkişaf etdikcə dövlətimiz bu məsələlərə daha çox diqqət yetirir. Şəhid ailələrinə və Qarabağ əlillərinə Prezident təqaüdünün təsis olunması ölkə başçısının bu insalara olan şəxsi münasibətinin təzahürüdür”.
Onun sözlərinə görə, hazırda müharibə əlillərinin mənzil və avtomobil təminatı məsələləri də həllini tapmaqdadır: “İstər müharibə əlilləri, istərsə də şəhid ailələri üçün ən qlobal məsələ mənzil probleminin həllidir. Çətin ki, əksəriyyətinin yalnız təqaüdlə dolandığı əlillərin çoxu bu problemi özləri həll edə bilərlər. Bu yükü dövlət öz üzərinə götürüb və ilbəil daha da müasir layihələrlə binalar inşa edərək bu insanların ixtiyarına verir. Bu insanlara verilən mənzillərin, o cümlədən də avtomobillərin sayı da ilbəil artır. Əvvəlcə onlara reabilitasiya vasitəsi kimi “OKA” markalı avtomobillər verilirdi, daha sonra imkanlar artdıqca, Naxçıvan Avtomobil zavodunun istehsalı olan “NAZ-Lifan” avtomobilləri verilir”.
M.Mehdiyev bildirib ki, bu ilin sonunadək hazırda avtomobil növbəsində duran Qarabağ müharibəsi əlillərinin hamısı bu avtomobillərlə təmin olunacaq: “Mənzil məsələsinə gəlincə, müharibə əlillərinin böyük əksəriyyəti mənzillə təmin olunub, az bir hissəsi qalıb ki, onların da mənzillərlə təmin olunması istiqamətində mühüm işlər görülür. Bununla yanaşı, Protez-Ortepedik Bərpa Mərkəzi müharibə əlillərinin xidmətinə verilib”.
Bununla yanaşı bəzi problem və çatışmazlıqların da olduğunu inkar etməyən təşkilat rəhbəri onların da həlli üçün mühüm işlər görüldüyünü deyib: “Məsələn, ilbəil əlillərin təqaüdü artsa da, bu artım bazardan geri qalır, onunla ayaqlaşmır. Ona görə də əlillərin dolanışığında müəyyən çətinlik var. Amma bu, heç də səbəb deyil ki, kimsə bundan istifadə edərək dövləti şantaj etsin, bundan sabotaj kimi istifadə etsin. Bu məsələ öyrənilir, aidiyyəti təşkilatlar tərəfindən dövlət qarşısında qaldırılır, dövlət də qaldırılan hər bir məsələyə diqqətlə yanaşır, onların həlli yollarını axtarır və bir az gec, bir az tez onların hamısı öz həllini tapırlar”.
M.Mehdiyev təəssüflə əlavə edib ki, bəzi maraqlı insanlar Azərbaycanın bütün sahələrdə inkişaf etdiyi, beynəlxalq nüfuzunun artdığı dövrdə xırda elementi böyük formada şişirdib, başqa çalarda təqdim etmək istəyirlər.
Onun fikrincə, bu, Azərbaycan vətəndaşına yaraşmayan bir şeydir: “Təbii ki, ictimaiyyətdə müxtəlif insanlar olduğu kimi, müharibə kontingenti insanların da içində müxtəlif düşüncəli, əqidəli şəxslər var. Müharibə əlilləri də bu xalqın içindən çıxıb. Bəzilərinin müharibə vaxtı aldığı yaraların, xüsusən də kontuziyaların nəticəsində psixoloji durumunda dəyişikliklər var, elə insanlar var ki tez təsir altına düşürlər, elə insanlar da var ki, özlərini düzgün idarə edə bilmir, məntiqi düşünə bilmirlər. Onlara verilən neqativ ideyanı asanlıqla tuturlar və idarə olunurlar. Bundan da məharətlə istifadə etmək istəyənlər var. Bir çox hallarda bu, insanların intihar cəhdlərində özünü göstərir. Hiss olunur ki, kimlərsə əvvəlcədən bunlarla söhbətlər aparıb, onları qıcıqlandırıb, onlara belə istiqamət verib. Hətta bəzi hallarda deyirlər ki, sən narahat olma, bunu elə, uzağı 3-4 il yatacaqsan, dövlət səni müalicə də edəcək, sonra sənə qəşəng pul da verəcək. Yəni bu insanların əqidəsini pulla satın alırlar. Bu, çox faciəvi şeydir ki, bir insan digərini belə bir şeyə təhrik etsin. Hesab edirəm ki, bu, heç bir vətəndaşa yaraşmaz, onun adına şərəf gətirməz. Ona görə də mən bütün döyüşçüləri bu yoldan çəkinməyə, öz ətrafında olan dost-tanışlarını, yoldaşlarını çəkindirməyə çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 22:47
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30

