Bakının cazibəsinin yeni cizgiləri
05.07.2014 [10:01]
“Baku” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bu gün Bakı son dərəcə dəbdə olan şəhərdir. Onun haqqında çox yazır, çox danışırlar. Çoxsaylı əcnəbi və yerli turistlər buraya şəhərin qədim memarlıq abidələrinə tamaşa etmək və dincəlmək üçün gəlirlər.
Bu fikirlər “Baku” jurnalının növbəti (iyul-avqust) nömrəsinə baş redaktorun ön sözündə öz əksini tapıb.
Jurnalın baş redaktoru Leyla Əliyeva yazır: “Bu şəhərin aurasını hiss etmək üçün xüsusi ovqat lazımdır. Bakının ruhunu təkcə İçərişəhər və Qız qalası, Alov qüllələri, yaxud Heydər Əliyev Mərkəzi barədə mühakimə yürütməklə başa düşmək olmaz. Bakı bütün bunların məcmusu deməkdir. Qədim və müasir, rəngarəng və çoxcəhətli, xeyirxah və səmimi şəhər...”
İndi oxucunu nəşrin qəşəngliyi ilə heyrətləndirmək çətindir - jurnalların sayı-hesabı yoxdur, hamısı da ən müasir texniki səviyyədə tərtib olunur. Buna baxmayaraq, “Baku” jurnalı bu nəşrlər arasında xüsusi yer tutur. Onun qüsursuz dizaynı, materialların maraqlı seçimi, ən başlıcası - Azərbaycan paytaxtının mədəni həyatına aid son xəbərlər və çoxsaylı, bir-birindən gözəl illüstrasiyalar...
Jurnal fotoşəkillərin müəlliflərini təqdim edir: Katrin Vessel (moda şəkilləri), Yeqor Zaika (İrina Şeykin və Renato Balestranın fotoşəkilləri), Liz Todi (“Moda” rubrikasının stilisti), Saymon Fris (model İrina Şeykin agenti) və Vüqar Əmrullayev - AzərTAc-ın fotoinformasiya baş redaksiyasının baş redaktoru.
Jurnalda qeyd edilir ki, Vüqar Bakıda doğulub, burada boya-başa çatıb. Bakı Biznes Universitetini bitirərək magistr dərəcəsi alıb. Hələ tələbəlik illərində AzərTAc-da kompyuter operatoru kimi əmək fəaliyyətinə başlayıb. Bir ildən sonra fotoqrafiya işi ilə peşəkar səviyyədə məşğul olmağa başlayan Vüqar daha beş il keçəndən sonra AzərTAc-ın fotoinformasiya baş redaksiyasının baş redaktoru təyin edilib. Vüqarın işləri İTAR-TASS, “Associated Press”, “Reuters”, “Franse Press”, “European Press Photo” agentlikləri tərəfindən dərc olunur, bir sıra beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Jurnal oxucuları müəlliflərin hər biri ilə tanış edir və vurğulayır ki, bu nəşr mövcud olduğu bütün illər ərzində AzərTAc ilə fəal əməkdaşlıq edir.
Jurnalın bu nömrəsində Azərbaycanın əsas informasiya agentliyinin bədii gimnastika üzrə Avropa çempionatı, retro-avtoyürüş, Daun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzi haqqında fotoreportajları, “Hadisələr” rubrikası üçün fotoşəkillər yer alıb.
Bu rubrikada Qafqazın biomüxtəlifliyi mövzusuna həsr edilmiş zirvə toplantısı, görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun əsərlərinin sərgisi, açıq cəmiyyətlər üçün ikinci qlobal forum, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən uşaqların müdafiəsi gününə həsr edilmiş bayram şənliyi, İtaliyada gül sərgisi və səyyar fotosərgi, “Qız qalası” V beynəlxalq incəsənət festivalı barədə məlumat verilir. Budəfəki festival ictimaiyyətin diqqətini ətraf mühitin qorunması problemlərinə, konkret olaraq Qafqazda nəsli kəsilmək qorxusu olan 5 növdən (ayı, qartal, canavar, bəbir və ceyran) birinin - ceyranların qorunması məsələsinə cəlb edib.
Son aylarda keçirilmiş çoxsaylı sərgilər Bakının mədəni həyatındakı hadisələrin palitrasını əks etdirir. Müasir incəsənət muzeyində fotoqraf Natan Brauninqin “Qəhrəmanlar” adlı sərgisi, “Nuda veritas”, “Tullantılardan incəsənətə” adlı III beynəlxalq sərgi, konseptualist rəssamlardan Mahmud Baxşi (İran) və Çingizin (Azərbaycan) sərgiləri keçirilib.
Azərbaycan paytaxtının musiqi həyatını “Ulduzların musiqisi” kimi səciyyələndirmək olar. “Boney M” qrupunun solisti Liz Mitçell, islam pop-ulduzu Sami Yusif, amerikalı müğənni və bəstəkar Maykl Bolton, Patrisiya Kaas, skripkaçı İshaq Perlman, Yuri Temirkanov və onun sinfonik orkestri (Sankt-Peterburq) Bakının qonaqları olub, Azərbaycanın görkəmli musiqi xadimlərinin yubileylərinə, Böyük Teatrın balerinası Çinarə Əlizadəyə, məşhur rəssamlara həsr olunmuş çoxsaylı konsertlər təşkil edilib.
Azərbaycan xalçaları, naxışların əfsanəsi ölkəmizin hüdudlarını çoxdan aşıb. Onlar həm mütəxəssislərin, həm də adi gözəllik sərraflarının böyük marağına səbəb olur. Eyni adlı şirkətin təsisçisi Luçano Benetton özünün “Fabrika” nəşriyyatında “Azerbaijan the colors of wind and fire. Contemporary Artist from Azerbaijan” (“Azərbaycan: külək və od rəngləri. Müasir Azərbaycan rəssamları”) adlı albom buraxıb. Bu sanballı kataloqda 137 rəssam haqqında məlumat toplanıb. Onların arasında tanınmış, məşhur sənətkarlarla yanaşı təzə adlar da var.
Jurnal oxucuları teatrların premyeraları, böyük yürüşlər (üçüncü beynəlxalq Azərbaycan turu), bədii gimnastika üzrə Avropa çempionatı haqda məlumatlarla tanış edir.
“Forma axtarışında” adlı məqalədə fransız rəssamı Lorans Jenkelin “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya müsahibəsi təqdim edilir. Qonaq öz uşaqlıq dövrü, sevdiyi rəssamlar və bu gün rəssam olmaq nə deməkdir - bu haqda öz mülahizələrini bölüşür.
Modelyer Renato Balestranın yeni kolleksiyası Bakının mədəni həyatında əlamətdar hadisə olub. Azərbaycan qadınlarının ənənəvi geyimlərindən ilham almış modelyer bizə orijinal bir kolleksiya təqdim edərək bir daha sübut edib ki, bütün yeniliklər əslində yaxşıca unudulmuş köhnəliklərdir. Renato Balestranın kolleksiyasının Heydər Əliyev Mərkəzində təqdimatında top-model İrina Şeyk də iştirak edib.
Doğma yurdumuz, onun gül-çiçəkli Xızı və Beşbarmaq dağları, milli mətbəxin sirləri, kübar xronikası - bütün bunlar gözəl şəhərimizin - paytaxtımızın həyatının tərkib hissələridir. “Baku” jurnalının son nömrəsində bu mövzularda söhbət açılır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30

