Azərbaycan dilinin kilsələrdə tədrisi
06.03.2015 [09:57]
Dünyada gərginliyin artması fonunda Azərbaycan tez-tez uğurlu multikulturalizm və tolerantlıq siyasəti aparan nümunə kimi qeyd olunur. Dövlət multikultural cəmiyyətin inkişafını hərtərəfli dəstəkləyir, mədəni müxtəlifliyin qorunmasına və dinlərarası əməkdaşlığın təşviqinə qayğı göstərir.
Azərbaycanda milliyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının cəlb olunduğu ideoloji, sosial, mədəni əhəmiyyət kəsb edən müxtəlif layihələr icra olunur. Bu təhsil və sosial əhəmiyyət kəsb edən təşəbbüslərdən biri də “Azərbaycan dilini öyrənirik” layihəsidir. Layihə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Azərbaycan Respublikasının Dövlət Müşavirliyinin təşəbbüsü ilə Azərbaycan Prezidenti yanında Bilik Fondu tərəfindən həyata keçirilir. Rus Pravoslav Kilsələrində Azərbaycan dili kursunun təşkil olunmasına Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının da birbaşa dəstək göstərməsi son dərəcə əlamətdar haldır.
Bu layihə Prezident İlham Əliyevin 30 sentyabr 2002-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan irəli gəlib.
Layihənin 17 fevral 2015-ci il tarixli rəsmi açılış mərasimində Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin nümayəndəsi Sərraf Hüseynov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aynur Bəşirli, kursun müəllimləri və ilk dinləyiciləri iştirak ediblər. Layihəyə bu cür hərtərəfli dəstəyin göstərilməsi növbəti dəfə uğurlu multikulturalizm siyasətinin effektivliyini nümayiş etdirib.
Hal-hazırda Azərbaycan dili kursları Bakıda Müqəddəs Məryəmin Miladı kilsəsində keçirilir. Layihənin hədəf auditoriyası yalnız kilsəni ziyarət edənlər deyil, eyni zamanda, müxtəlif millətlərə və dinlərə məxsus rusdilli vədəndaşlardır. Kursa ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb və iştirakçıların sayı daima artır. Dinləyicilər üçün ödənişsiz olan kursları aparan Bakının ali və orta məktəblərinin rus bölmələrindən müsabiqə yolu ilə seçilən müəllimlərin əməkhaqqı Bilik Fondu tərəfindən ödənilir.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası yalnız yer verməklə kifayətlənmir, kilsə xadimləri kurslara gəlmək istəyənlərin qeydiyyatını aparır və bununla da təşkilati işdə aktiv iştirak edir.
Bu layihə cəmiyyətdə təhsil və biliyin səviyyəsinin artırılmasına, multikultural təhlükəsizliyinin qorunmasına və möhkəmlənməsinə, dünyada gedən proseslərin səbəb olduğu obyektiv çətinliklərin ölkəmizdə əvvəlcədən qarşısının alınmasına yönələn və ölkəmizin gələcək inkişafını sülh və əməkdaşlıq şəraitində qurmasını təmin etməyə istiqamətlənib.
A.G.Bayramova
Azərbaycan Respublikası Prezidenti Administrasiyası
Millətlərarası, Multikulturalizm və
Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

