Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqi açıqlanıb
12.08.2015 [09:50]
Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.
UNEC, eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.
Bütövlükdə Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.
Reytinqdə Top-10-da yalnız ABŞ universitetləri qərarlaşıb və ilk 3 yerə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu və Stenford Universiteti layiq görülüb. Dünyanın ilk 20 universiteti sıralamasında isə ABŞ ilə yanaşı, Böyük Britaniyanın iki (Oksford və Kembric Universitetləri), Kanadanın bir universiteti (Toronto Universiteti) təmsil olunur.
2004-cü ildən fəaliyyət göstərən, hazırda dünya universitetləri arasında ən mühüm reytinq hesab edilən Webometrics müstəqil, obyektiv, açıq elmi araşdırmalara əsasən hazırlanır. Reytinqin tərtib olunmasında ali təhsil müəssisələrinin və elm mərkəzlərinin veb resursları əsas diqqət mərkəzində olur. Əlavə olaraq, universitet saytlarındakı informasiyaların aktuallığı, məzmunun keyfiyyəti, məlumatların dəyəri, xidmətlərin faydalılığı, axtarış zamanı tapılan səhifələrinin kəmiyyəti, sayta edilən xarici istinadlar, veb səhifəyə yüklənmiş faylların sayı və tipi, Google Scholar qiymətləndirilməsi üzrə elmi əsərlərin və istinad indeksinin kəmiyyət göstəricisi əsas götürülür.
Hər il yanvar və iyul aylarında elan edilən reytinqin hazırlanmasında əsas məqsəd universitetlərin akademik fəaliyyətlərini internet məkanında stimullaşdırmaq və ictimaiyyət üçün informasiya mübadiləsini təmin etməkdir. Araşdırma metodologiyasının istiqamətlərinə universitetlərin veb resursları, sosial şəbəkələr, məlumat toplanmasını həyata keçirən axtarış sistemləri və hiperlinklərin təhlili daxildir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

