Tərtər rayonunda da bu ilin 9 ayının yekunları uğurlu olub
23.10.2015 [10:15]
Ölkənin hər yerində olduğu kimi, Tərtər rayonunda da bu ilin 9 ayının yekunları uğurlu olub. Bu barədə rayonda ilin 9 ayının yekunlarına həsr olunan hesabat yığıncağındakı çıxışında rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
Qeyd olunub ki, 9 ayda rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb.
Eyni zamanda, Tərtər şəhərinin V.Orucov, T.Rəhimov, S.Vurğun, R.Kərimov və M.Hüseynzadə küçələrində 21,9 min kvadratmetr asfalt-beton örtüyü salınıb, bir çox küçələrdə təmir-abadlıq işləri aparılıb, rayon ərazisindəki yol kənarlarında və yaşayış məntəqələrində 25 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib. İsmayılbəyli, Evoğlu, Mamırlı, Poladlı, Bala Kəngərli, Kəngərli, Təzəkənd, Hacıqərvənd kəndlərinə təbii qaz verilib.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd fərdi evin, Qapanlı kənd tibb məntəqəsinin tikintisi, Borsunlu, Seydimli, Cəmilli, Qaradağlı, Sarov, Köçərli, Yuxarı Sarıcalı, Bəyimsarov və İlxıçılar kəndlərində qazlaşma işləri davam etdirilir. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır.
Tədbirdə rayonda aqrar sahədə əldə olunan uğurlardan da bəhs olunub. Bildirilib ki, keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 7,5 faiz artıb. Dövr ərzində 10 min 843 hektar taxıl sahəsində biçin aparılıb, 20 min 837 ton buğda, 18 min 30 ton arpa tədarük edilib. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Düyərli, Hüsənli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Qaradağlı, Hacıqərvənd, Sarov, Ələsgərli, Köçərli, Bala Kəngərli, Güləbatlı kəndlərində 13 subartezian quyusu qazılıb.
Hesabat yığıncağında çıxış edən digər natiqlər isə təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25

